Botsvanada pilot həyat yoldaşını öldürmək üçün təyyarəni öz evinə çırpıb - VİDEO - FOTO
24 Mart 2019 17:13 DünyaBotsvana sakini həyat yoldaşı ilə mübahisədən sonra onu öldürmək məqsədilə təyyarəni öz evinə çırpıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin paytaxtı Qaboronedə baş verib.
Qeyd edilir ki, hadisə nəticəsində pilot həlak olub. Təyyarənin çırpılması nəticəsində ev dağılıb və 11 avtomobilə ziyan dəyib.
Hadisə zamanı evdə olan şəxslər vaxtında binanı tərk edərək xilas ola biliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31