Tanınmış rejissor evini qarət edəni bağışladı

Tanınmış türk rejissoru Qani Müjdənin yeni tikdirdiyi beşmərtəbəli binada oğurluq olub.

Kult.az xəbər verir ki, istifadəyə verilməyən binadan kombilər, müxtəlif əşyalar aparılıb. Polis həyata keçirdiyi əməliyyat tədbirləri çərçivəsində oğrunu yaxalayıb.

Məhkəməyə çıxarılan təqsirləndirilən şəxs peşman olduğunu bildirib. Q.Müjdə 4500 lirə zərərini ödənilməsini tələb edib və bu halda onu bağışlayacağını bildirib.

Saxlanılan şəxs sərbəst buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31