Maduro Quaidonu onun qətlini hazırlamaqda ittiham edib
24 Mart 2019 16:55 DünyaVenesuelanın dövlət başçısı Nikolas Maduro şənbə günü ABŞ və özünü qanunsuz olaraq prezident elan etmiş müxalifət lideri Xuan Quaidonu onun qətlinə dair plan hazırlamaqda ittiham edib.
"Report" xəbər verir ki, o bunu yerli televiziyanın efirində tərəfdarları qarşısında çıxışı zamanı deyib.
"Amerika imperializmi məni öldürmək istəyir. Biz bu planın üstünü yenicə açmışıq. Şeytanın əlaltısı məni öldürmək üçün bu plana şəxsən rəhbərlik edir. Bizim əlimizdə sübut var, lakin onlar bizimlə bacarmadılar və bacarmayacaqlar, çünki bizi Allah qoruyur", - deyə Maduro bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31