Berluskoninin eyş-işrət məclislərini ifşa edən qadının ölümündə cinayət şübhəsi... - FOTO

Fas əsilli model İmane Fadil İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin seksual xarakterli əyləncələr təşkil etməsi ilə bağlı məhkəmədə çıxış etmişdi. Bir müddət sonra şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilən gənc model orada dünyasını dəyişib.

Milan məhkəməsi modelin ölümü ilə bağlı cinayət şübhəsinin ola biləcəyi ehtimalına qarşılıq olaraq yeni bir araşdırma başladıb.

34 yaşlı model "bunga bunga" adlı bu əyləncələrə özünün də dəvət edildiyini iddia etmişdi. Hətta bununla bağlı bir kitab nəşr etməyə də hazırlaşırdı.

Berlusconi'nin Cinsel İçerikli Partilerini İfşa Eden Genç Modelin Ölümünde Cinayet Şüphesi

Xəstəxanaya yerləşdirildiyi müddətdə o yaxınlarına zəhərlənmə ehtimalının ola biləcəyini bildirmişdi. Gənc model ölmədən əvvəl jurnalistlərə verdiyi müsahibədə Berluskoninin evində təşkil edilən əyləncələrlə bağlı "Bu əyləncələr bir növ onlarla qadının qatıldığı təriqət kimi idi" sözlərini ifadə etmişdi.

Berlusconi'nin Cinsel İçerikli Partilerini İfşa Eden Genç Modelin Ölümünde Cinayet Şüphesi

Prokuror Françesko Qrekon da talesiz modelin zəhərlənərək öldürüldüyünə inanır. O, modelin ölümünün son günlərində xəstəxanada bir neçə anormal, yolunda getməyən işlərin aşkar olunduğunu da bildirib.

Qeyd edək ki, İtaliyanın sabiq baş nazirini ittiham edən gənc model yanvarın 29-da dünyasını dəyişib.

Onu da bildirək ki, Berluskoni 2013-cü ildə yeniyetmə qızla intim əlaqəyə görə 7 il həbs cəzası almışdı. Lakin məhkəmə ona sonradan bəraət verib.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31