Netanyahu Trampa təşəkkür üçün Vaşinqtona uçdu

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona uçub.

Bu barədə RİA yazıb.

Netanyahunun səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampa Qolan təpələri ilə bağlı mövqeyinə görə təşəkkür edəcəyi gözlənilir.

"Mən Trampla Qolan təpələri, onun Suriya, İrana təzyiqlərin davam etdirilməsi, bərpa edilən və tətbiqinə hazırlaşılan sanksiyalar barədə tarixi deklarasiyası, təhlükəsizlik və kəşfiyyat sahəsində aramızda görünməmiş əməkdaşlıq haqqında danışmağa hazırlaşıram", - Netanyahu səfər öncəsində bildirib.

Qeyd edək ki, 1967-ci ildə İsrail Suriyanın Qolan təpələrini tutub.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31