Yeni Zelandiyada təyyarə qəzası: 2 nəfər həlak oldu

Yeni Zelandiyada yüngül təyyarənin qəzaya uğraması nəticəsində 2 təcrübəli təlimatçı pilot həlak olub.

"Diamon DA42" təyyarəsinin yoxa çıxması barədə şənbə günü məlum olsa da, əlverişsiz hava şəraitinə görə təyayrəni yalnız bazar günü tapmaq mümkün olub. Təyyarə Taupo şəhəri yaxınlığında qəzaya uğrayıb.

Pilotların işlədiyi "Ardmore" yay məktəbində bildiriblər ki, hər iki kişi təcrübəli pilot olub və qəzanın səbəbi hazırda məlum deyil.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31