14 yaşlı oğlan ağır qəza törətdi - YARALILAR VAR - FOTO

İstanbulun Kadıköy ilçəsində 14 yaşlı oğlan avtomobil qəzası törədib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan iki nəfər yaralanıb.

Məlumata görə, hadisə bu gün səhər 06 radələrində baş verib. Sükan arxasında olan 14 yaşlı Erol Bayhan avtomobilin idarəetməsini itirib, nəticədə maşın işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində E.Bayhan ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Onun yanındakı sərnişin 14 yaşlı Enes Dalkılıç isə qəzadan kiçik sıyrıqlarla xilas olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31