İndoneziyada GÜCLÜ ZƏLZƏLƏ: sunami...
24 Mart 2019 09:43 Dünyaİndoneziyanın cənubunda yerləşən Molukk adalarının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmətinə istinadən "RİA-Novosti" agentliyi bildirib.
Yeraltı təkanlar yerli vaxtla 04:37-də (Bakı vaxtı ilə 08:37-də) qeydə alınıb. Hazırda zərərçəkənlər və dağıntılar haqqında informasiya yoxdur.
Sunami təhlükəsinin olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31