Malidə 60 çoban qətlə yetirildi
23 Mart 2019 22:38 DünyaSilahlı şəxslər ənənəvi donzo ovçularının geyimində olublar.
Malidə silahlı şəxslər 60-a yaxın fulani çobanını qətlə yetirib. Hücum ölkənin mərkəzi hissəsindəki kəndlərdən birində baş verib.
Bu barədə Bankas kommunasının merinə istinadən "Reuters" məlumat yayıb.
İlkin məlumata görə, silahlı şəxslər ənənəvi donzo ovçularının geyimində olublar.
Onlar əvvəlcə kəndi mühasirəyə alıblar, ardınca isə çobanları öldürüblər. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31