Tatarıstanda şok qərar – İşdə bunu etmək qadağan olundu

Tatarıstanın Baltasinsk rayonunda büdcə təşkilatlarının əməkdaşlarına iş yerində şəxsi texniki avadanlıqlardan, o cümlədən batareya yığan mobil telefonlardan və elektrik çaydanlardan istifadə etməyə qadağa qoyulub.

Bu məlumatı "Kazan Fırst" yayıb. Müvafiq sərəncamı rayon icra hakimiyyətinin başçısı Aydar Xayutdinov imzalanıb.

Sənəddə qeyd olunur ki, hər bir müəssisə, o cümlədən məktəb və xəstəxanalar elektrik enerjisi istehlakına dair jurnalda müvafiq qeydlər etməlidirlər. Eyni motivasiya ilə müəssisələrin işçilərinə iş yerində telefonlara, tabletlərə və digər avadanlıqlara batareya doldurmaq, həmçinin yeməkxanadan kənarda çay işmək qadağan olunub

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31