İt məşhur aktyora hücum çəkdi, DODAĞINI PARÇALADI - FOTO
Məşhur aktyor Burak Dəniz dostunun itinin hücumuna məruz qalıb. Məşhur serial ulduzu dünən ticarət mərkəzində görüntülənib. Ulduzun dodağındakı yara izi diqqət çəkib.
23 Mart 2019 20:46 DünyaMəşhur aktyor Burak Dəniz dostunun itinin hücumuna məruz qalıb. Məşhur serial ulduzu dünən ticarət mərkəzində görüntülənib. Ulduzun dodağındakı yara izi diqqət çəkib.
Jurnalistlərə açıqlama verən Burak Dəniz bildirib ki, dodağı dostunun itinin ona hücum etməsi nəticəsində yaralanıb:
"Hadisə dostumun iti ilə oynayarkən baş verdi. Heç soruşmayın, adətən çox sakit olur, bir anda qəzəbləndi və mənə hücum etdi. Dodağım çox pis oldu, dərhal xəstəxanaya gedib müalicə almaq məcburiyyətində qaldım. Hazırda yaxşıyam, sağalmağa doğru gedir". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31