Tokayev ilk işgüzar səfərə yollandı

Qazaxıstanın yeni prezidenti Qasım-Jomart Tokayev ilk işgüzar səfərini ölkənin Türküstan vilayətinə edib. Bu barədə onun mətbuat katibi Berik Kurmanqali “Feysbuk” səhifəsində bildirib.

Qazaxıstanın yeni prezidenti Qasım-Jomart Tokayev ilk işgüzar səfərini ölkənin Türküstan vilayətinə edib.

Bu barədə onun mətbuat katibi Berik Kurmanqali "Feysbuk" səhifəsində bildirib.

"Səfər zamanı vilayət mərkəzində tikinti işlərinin gedişi ilə tanışlıq, bir sıra sənaye və sosial obyektlərə baş çəkmək, habelə region əhalisi ilə görüş planlaşdırılır", - deyə o qeyd edib.

Qeyd edək ki, martın 19-da Nursultan Nazarbayev Qazaxıstan prezidenti vəzifəsindən istefa verib. Qasım Jomart-Tokayev martın 20-də and işərək Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb. Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31