Paytaxtda bomba həyəcanı: Ermitaj bağlandı
21 Mart 2019 16:20 DünyaRusiyanın Ermitaj muzeyi günün ilk yarısı ziyarətçilərin giriş-çıxışına bağlanıb.
Bu barədə muzeyin sosial şəbəkə hesabında deyilib.
"Dövlət Ermitajı məlumat verir - muzeyə giriş bağlıdır. 21 martda Ermitajın bir neçə əməkdaşının elektron poçt hesabına binanın minalanması barədə məlumat daxil olub. Muzeyin təhlükəsizlik xidmətinin əməkdaşları Rusiya Qvardiyası ilə birlikdə muzeyə baxış keçirir", - muzeydən bildirilib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31