Suriya hökuməti Ərəb İqtisadi Sammitində iştirak etməyəcək
17 Yanvar 2019 17:05 DünyaSuriya hökuməti Ərəb Dövlətləri Liqası tərəfindən yanvarın 19-da Beyrutda keçiriləcək Ümumərəb İqtisadi Sammitinə Livan hökumətinin dəvətini qəbul etməyib.
Bunu Suriyanın Livandakı səfiri Əli Əbdülkərim Əli "Al Mayadeen" telekanalının canlı yayımında bildirib.
"Zirvə görüşündə iştirak etməməyimiz təbiidir", - deyən diplomat Ərəb Dövlətləri Liqasının Dəməşqə münasibətdə səhvlərini aradan qaldırmadığını bildirib.
Xatırladaq ki, 2011-ci ilin noyabr ayında Suriyada Bəşşar Əsəd hökumətinə etiraz edənlərə qarşı qanlı təzyiq tədbirlərindən sonra Ərəb Dövlətləri Liqasında ölkənin üzvlüyü dayandırılmışdı.
Xatırladaq ki, Liviya Milli Uzlaşma Hökuməti də yanvarın 14-də sözügedən tədbiri boykot etmək qərarına gəlmişdi.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31