Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı
17 Yanvar 2019 15:57 DünyaRusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistan müəssisələrindən birinin Rusiyaya tədarük etdiyi balıqda arsen (siçan zəhəri) aşkar edib.
Bununla əlaqədar "Avaq Kazaryan" müəssisəsinin məhsulları barəsində gücləndirilmiş laborator nəzarət rejimi tətbiq edilib.
Qeyd olunur ki, balıq məhsullarında arsen ötən ay aşkar edilib.
Daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Braziliyadan məhsul idxalına məhdudiyyət tətbiq etmişdi. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31