ABŞ RMS-ləri kosmosa buna görə yerləşdirir - Leonkov
17 Yanvar 2019 15:46 DünyaABŞ-ın kosmosda yerləşdirəcəyi raketdən müdafiə sistemləri Rusiya ballistik raketləri, həmçinin hipersionik komplekslərini aşkar etmək gücündədir.
Bunu "Zvezda" televiziyasına açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Leonkov deyib.
"Belə sistemlərin kosmosda yerləşdirilməsi pis əlamətdir. ABŞ-ın kosmosu hərbiləşdirilməyi planlaşdırması çoxdan bəlli idi. Bunu etməyə başlamaları üçün bəhanə lazım idi. Buna görə də amerikalı generallar kosmosa Rusiya ballistik raketlərinin müəyyənləşdirilməsi üçün daha çox peyk buraxmağı istədilər. Bu peyklər indi Rusiyanın hipersionik komplekslərini aşkar etməlidir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31