Hər şey ABŞ-la danışıqlardan sonra bəlli olacaq - Çavuşoğlu
17 Yanvar 2019 15:45 DünyaAnkara və Vaşinqton Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı danışıqları davam etdirir.
Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
"Hansı mövzularda fikirlərin üst-üstə düşmədiyi danışıqlardan sonra bəlli olacaq. İki ölkənin Baş Qərargah rəisləri artıq Brüsseldə danışıqlar aparıb. Onlar ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib. Xarici siyasət idarələrimiz də birgə iş aparır. Təhlükəsizlik bölgəsi dinc sakinlər və terrorla mübarizə üçün lazımdır", - Çavuşğlu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31