Putinə Ukraynanın məhvi lazımdır - Piontkovski
17 Yanvar 2019 15:43 DünyaPutin Ukraynadan heç vaxt əl çəkməyəcək.
Bunu "Apostrof"a müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib.
"Putin və yaxın ətrafının hədəfi Ukraynanın suveren dövlət kimi məhvi və onu "rus dünyası"na tam tabe etdirməkdir. İndi situasiya elə sürətlə dəyişir ki, nəyisə proqnozlaşdırmaq çox çətin olur. Hazırda Moskva gözləmə taktikası seçib ki, Ukraynadakı seçkidə nə olacağını görsün. Kreml onları razı salacaq rəhbərliyin seçiləcəyini gözləyir. Hazırda Ukrayna prezidentliyinə namizədlər təmiz vətənpərvərlərdir, amma onlar anlaya bilmirlər ki, Rusiya hakimiyyətinin təbiəti tam ayrıdır. Əgər onlar Putinlə görüşüb, nəsə razılaşdırıb imzalayacaqlarını düşünürlərsə, yanılırlar. Moskvanın Ukraynadan istədiyi yeganə şey böyük kapitulyasiyadır", - o bildirib.