Vuçiç Putinə qeyri-adi hədiyyə hazırlayır
17 Yanvar 2019 15:05 DünyaSerbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinə qeyri-adi hədiyyə hazırlayıb.
Bu barədə "Blic" qəzeti prezident administrasiyasındakı mənbəyə istinadla informasiya yayıb.
Məlumata görə, Vuçiç Belqrada səfəri nəzərdə tutulan Vladimir Putinə Yuqoslaviya çoban iti cinsinə mənsub küçük hədiyyə edəcək.
Qeyd edək ki, Putinin Serbiyaya səfəri bu gün başlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31