İrəvan AŞPA-dakı nümayəndə heyətini tam dəyişir
17 Yanvar 2019 15:02 DünyaErmənistan Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibini dəyişir.
Bu məlumatı "Jamanak" qəzeti yayıb.
Belə ki, nümayəndə heyətinin tərkibi əsasən, Mənim Addımım Blokunun üzvlərindən ibarət olacaq. Heyətə Xarici Əlaqələr Komissiyasının rəhbəri Ruben Rubinyan rəhbərlik edəcək. Onunla bərabər blokdan heyətə Ovanes İgidyan, Tatevik Ayrapetyan və Sos Avetisyan da daxil olacaq. Çiçəklənən Ermənistan Partiyasından heyətə Naira Zöhrabyan, Mikayıl Melkumyan, İşıqlı Ermənistandan isə Edmon Marukyan dəvət ediləcək.
Qeyd edək ki, Zöhrabyanla Marukyan bundan öncə AŞPA-dakı erməni nümayəndə heyətinin tərkibində yer alıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31