Paşinyan: "Ermənistanda nazirliklərin sayı azalacaq"
17 Yanvar 2019 14:55 Dünya"Ermənistan hökumətində nazirliklərin sayı azalacaq".
Bu barədə hökumətinin iclasında Ermənistan Baş naziri Nikol Paşinyanbildirib.
O qeyd edib ki, Nazirlər Kabinetinin tam işləməsi üçün qısa zamanda hökumətin üçdə ikisi formalaşdırılacaq. Qalan nazirlər isə yeni hökumətin strukturu dəqiqləşəndən sonra təyin ediləcək.
Ermənistan hökumətində nazirliklərin sayının 17-dən 12-yə endiriləcəyi gözlənilir.
Qeyd edək ki, Nikol Paşinyan Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən yanvarın 14-də baş nazir təyin edilib. O, büdcə vəsaitlərinə qənaət etmək üçün təkidlə nazirliklərin azalmasını istəyir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31