Böyük Britaniyanın ictimai xadimləri: "Brexit" ilə bağlı təkrar referendum keçirilsin"
17 Yanvar 2019 14:49 DünyaBöyük Britaniyanın Baş naziriTereza Mey və Leyboristlər Partiyasının sədri Ceremi Korbinölkənin Avropa İttifaqı üzvlüyünü tərk etməsinə dair ikinci referendum keçirmək haqqında tanınmış ictimai xadimlər və iş adamları olan 172 nəfərin imzaladığı məktub alıblar.
Müəlliflər arasında dizayner Terens Konran, memar Norman Foster, təbabət və fiziologiya sahəsində Nobel mükafatı sahibi Pol Nersin də olduğu məktubda deyilir: "Bizim "Brexit"dən çıxmağımızla bağlı saat tez taqqıldadığına görə siyasətçilər daha xülyalara vaxt sərf etməsinlər. İki əsas partiyanın liderlərini xalq səsverməsini dəstəkləməyə çağırırıq".
Qeyd edək ki, maliyyə naziri Filip Hammond ölkə işgüzar dairələrinin əsas təmsilçiləri ilə danışıqlar aparıb.
Ötən gün parlamentin İcmalar Palatasında müxalif Leyboristlər Partiyası tərəfindən təqdim olunan hökumətə etimadsızlıq votumu qəbul olunmayıb.
"Report"