Danimarka BƏƏ-yə silah satışını dayandırdı

Danimarka, Yəməndə yaşanan insani krizisdə rolu olduğu üçün Birləşmiş Ərəb Əmirliklərinə silah satışını dayandırıb.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Danimarka xarici işlər naziri Anders Samuelsen tərəfindən parlamentdə məlumat verilib.

BƏƏ, Husilərlə döyüşən koalisiya güclərinə liderlik edən Səudiyyə Ərəbistanının müttəfiqi olaraq Yəməndə iştirak edir. 

Qeyd edək ki, Danimarka, jurnalist Camal Qaşıqçı cinayəti və Yəməndə yaşanan insani krizisdə rol oynadığına görə, 22 noyabr 2018-ci ildə, Səudiyyə Ərəbistanına da silah və hərbi sursat satışını durdurmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31