"Taliban müharibə istəsə döyüşəcəyik"

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadə, "Taliban əgər sülh danışıqları üçün görüşmək istəsə görüşəcəyik, müharibə istəsə döyüşəcəyik" deyib.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi  Zalmay Xəlilzadə, "Taliban əgər sülh danışıqları üçün görüşmək istəsə görüşəcəyik, müharibə istəsə döyüşəcəyik" deyib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Xəlilzadə, Əfqanıstanın paytaxtı Kabildəki ABŞ səfirliyində təşkil etdiyi mətbuat konfransında, bildirib ki, sülh danışıqlarına başlanması üçün Taliban təşkilatına təzyiq göstərilməlidir. 

Region ölkələrinin sülh danışıqlarını dəstəklədiyini ifadə edən Xəlilzadə, sülh danışıqları prosesində ən qısa zamanda bir inkişaf olacağına ümid etdiklərini ifadə edib. O, Taliban ilə aparılan müzakirələrdə ABŞ-ın Əfqanıstandakı bazalarının qalıcı olduğunu söyləmədiklərini və ölkəsinin də buna meyilli olmadığını vurğulayıb.

Xəlilzadə, chr("39")chr("39")ABŞ olaraq Əfqanıstan ilə uzun müddətli və əhatəli bir əlaqə içərisində olmaq istəyirik, bu hərbi, diplomatik və iqtisadi əlaqələri ehtiva edəcəkchr("39")chr("39"). deyib.

Qeyd edək ki, Z. Xəlilzadə 4 dəfə çıxdığı sülh turunda Hindistan, Çin və BƏƏ səlahiyyətliləriylə görüşmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31