Venesuela hərbçiləri bəyanat yaydı: Prezidenti qəbul etmirik
17 Yanvar 2019 13:39 DünyaPeruya qaçmış bir qrup Venesuela hərbçisi Nikolas Maduronu prezident kimi tanımadıqlarını açıqlayıb.
Bu barədə NTN24 telekanalı informasiya yayıb.
Hərbçilər adından bəyanat mətnini səsləndirən baş leytenant Xose İdalqo Maduronu Prezident və Ali Baş Komandan kimi qəbul etmədiklərini, onu öz postundan endirməyə çalışacaqlarını bildirib.
Qeyd edək ki, Xose İdalqo və yoldaşları Maduroya sui-qəsd hazırlamaqda şübhəli bilinərək, ordu sıralarından xaric edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31