Peskov keçmiş həyatından danışdı: Maşın alverçisi idim...
17 Yanvar 2019 13:26 Dünya90-cı illərdə pul qazanmaq üçün Türkiyədən Rusiyaya maşın gətirib satırdım.
Bunu "Arqumentı i Faktı" qəzetinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"SSRİ dövründə dövlət məmuru idim, lakin boş dayanmırdım. 90-cı illərdə Türkiyədən maşın gətirib, pul qazanmaq üçün Rusiyada satırdım. İki gün yük maşını sürücüləri ilə birgə yol gəlirdim. O illərdə küçələrdə qruplar var idi, Bryanskdakı meşələrdə silahlı adamlar gizlənirdi. Bunları yaşamışam", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31