Paşinyan strateji qurumları bağladı, pis olacaq - General

Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqatı Universitetinin vəzifədən uzalaşdırılan direktoru general-leytenant Ayk Kotancyan Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkənin təhlükəsizliyinə laqeyd münasibətdə ittiham edib.

General erməni mətbuatında açıqlamasında Paşinyanın göstərişinə əsasən Ermənistan Müdafiə Nazirliyində struktur dəyişikliyi nəticəsində MMTU-ya yeni təyin edilən rəhbər general-mayor Genadi Tavarasyanın "Ermənistanın milli təhlükəsizliyinin maraqlarına əsaslanan" bütün strateji tədqiqatların icrasını dayandırdığını bildirib.

A.Kotancyan perspektivsiz və gələcəkdə tətbiqi qeyri-müəyyən hesab olunaraq icrası dayandırılan layihələrin gələcəkdə ölkənin təhlükələrə qarşı mübarizə aparmaq imkanlarını məhdudlaşdıracağını bildirib və erməni ictimaiyyətini belə məsələlərə qarşı həssas olmağa çağırıb.

O əlavə edib ki, qərardan narazı qalan işçilər, xüsusən universitetin gənc alimləri və bacarıqlı tədqiqatçıları artıq iş yerlərini tərk ediblər.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31