Aİ Yunanıstanı cərimələdi - 200 milyon avro
16 Yanvar 2019 17:49 DünyaYunanıstan 200 milyon avro dəyərində cərimələnib
Avropa İttifaqının Dələduzluqla Mübarizə İdarəsi (OLAF) Yunanıstanı 200 milyon avro dəyərində cərimələyib.
Buna səbəb çinli cinayətkarların Yunanıstanın Pirey limanı vasitəsilə çox ucuz malları idxal etməsi və ölkənin genişmiqyaslı vergi dələduzluğunun qarşısını ala bilməməsidir.
Cinayətkarlar gətirdikləri ayaqqabıların və geyimlərin gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəmirdi.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31