Ərəb fanatının verdiyi 500 minlik hədiyyəni geri qaytardı
16 Yanvar 2019 16:46 DünyaTürkiyənin məşhur aktyoru Saruhan Hünelə ərəb pərəstişkarı bahalı hədiyyə verib. Serial ulduzunun ad günündə xanım fanatı tərəfindən ona bahalı saat verilib.
Hünel isə 500 min TL dəyərində aksessuarı geri qaytarıb, bahalı hədiyyəni qəbul etməyib.
Yayılan xəbərdən sonra İstanbulda görüntülənən aktyor mövzu barədə susqunluğunu qoruyub. O, KİV nümayəndələrinin saatla bağlı sualına "Diqqətiniz üçün təşəkkür edirəm, amma mən getməliyəm, başqa vaxt danışarıq" deyərək cavabsız qoyub.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31