Sosial

Sosial mənzillər “ASAN Xidmət”də uzun növbələr yaratdı

30 May 2017 14:15

“ASAN Xidmət” mərkəzlərində güzəştli mənzil əldə etmək istəyənlərin qeydiyyatı başlayıb.“Olaylar” xəbər verir ki, bunu “ASAN Xidmət” Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov açıqlamasında deyib: “May ayın 30-dan etibarən Mənzil İnşaat Dövlət Agentliyi “ASAN Xidmət” mərkəzlərində ( I, III, V saylı) və Sumqayıt “ASAN Xidmət” mərkəzində güzəştli mənzilləri əldə etmək istəyən şəxslərin elektron qeydiyyatını həyata keçirəcək”.

ADU rektoru: “Narazılıq edənlərin əksəriyyəti oxumayan tələbələrdir”

30 May 2017 14:11

Azərbaycan Dillər Universitetinin rektoru Əfqan Abdullayev tələbələrin narazılığına aydınlıq gətirib. ADU-nun rektoru Əfqan Abdullayev bildirib ki, bu vaxta kimi ali məktəbdə dövlət imtahanı olub, sadəcə 2016/2017-ci tədris ilindən forması dəyişib.

Bakıda avtobusda beli qırılan 21 yaşlı qız... - Həkimi açıqladı

30 May 2017 14:04

Bakının Nərimanov rayonunda sərnişin avtobusunda baş verən qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Nərmin İlham qızı Salmanovanın vəziyyəti yaxşıdır.  Bu barədə 1 saylı Mərkəzi Klinik Xəstəxanasının Neyrotravma şöbəsinin həkimi Teyyub Alışov məlumat verib. Bildirib ki, Nərmin xəstəxanaya onurğası zədələnibmiş. Hazırda isə, o, xəstəxanadadır. Səhhəti ilə bağlı qorxulu heç nə yoxdur.

Buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib

30 May 2017 14:01

Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib. Bu, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovanın apardığı "Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında yayılmış sərtqanadlılar (Coleoptera), onların növ tərkibi, bioekologiyası və trofik əlaqəsi" mövzusunda apardığı tədqiqat nəticəsində məlum olub.

"Baldızımın əri ərimə zəng edib deyib ki, arvadınla..." - Gənc qadının DƏŞƏTDOLU həyatı

30 May 2017 13:58

Hər bir insanın taleyi doğulmamışdan öncə yazılır. Dünyaya gəlməzdən əvvəl "alın yazısı"nda nələrlə üzləşəcəyi, necə yaşağacağı, hansı günahları, yaxud savabları qazanacağı qeyd olunur. Amma ağlı-düşüncəsi ilə öz həyatını daha yaxşı qura bilsin deyə insana seçim hüququ da verilir...  Bəzən bu seçimi doğruya yönəldənlər də olur, yalnışa istiqamətləndirənlər də. Yalnış istiqamətləndirənlərin əksəriyyəti "Təmiz Dünya" İctimai Birliyinə pənah gətirir.

Elm TV Cümhuriyyətlə bağlı reportaj hazırlayıb - VİDEO

30 May 2017 13:46

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) internet-televiziyası olan Elm TV Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı reportaj hazırlayıb. Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, reportajda Elm TV-nin müxbirinə müsahibə verən tarixçi-alimlər AMEA-nın Tarix İnstitutunun şöbə müdirləri Natiq Məmmədzadə və İlqar Niftəliyevdir. N.Məmmədzadə “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, İ.Niftəliyev isə “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiridir.

“AtaSığorta” ASC regionlarda filialları açılıb

30 May 2017 13:44

“AtaSığorta” ASC sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və ölkənin regionlarında yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi məqsədi ilə ötən həftə 3 yeni filialının açılışını həyata keçirib.

“Sosial sahibkarlıq” mövzusunda təlim keçirilib

30 May 2017 13:43

“QHT İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində “Sosial sahibkarlıq” mövzusunda təlim keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Dövlət Universitetinin beynəlxalq təhsil və inkişaf üzrə konsultantı Günay Muxtarova tərəfindən keçirilən təlimdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edib. Təlimdə iştirakçılara sosial sahibkarlıqla bağlı ilkin biliklər verilib. Daha sonra gənclər sosial sektor institutlarının səmərəsizlikdən tərəqqi metodlarına keçmə və mütərəqqi idarəçilik üsulları və digər məlumatlar əldə ediblər. Təlimin sonunda mövzu üzrə iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Lerikdə bazar yanıb

30 May 2017 13:38

Lerik rayonunda mərkəzi bazarın ərazisində bir dam altında tikilmiş, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 73 m2olan 3 geyim mağazalarının yanar konstruksiyaları yanıb. “Olaylar”ın  FHN-in saytına istinadən verdiyi xəbərə görə, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Özünü idman qurğusundan asıb

30 May 2017 13:37

Bakıda məcburi köçkün intihar edib. Məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Zəngilan rayonunda qeydiyyatda olan, 1982-ci il təvəllüdıü İbadov Rafiq Oktyabr oğlu qəsəbə ərazisindəki “Oxatan” məcburi köçkün düşərgəsinin həyətindəki idman qurğusundan özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Tədris müddətinin uzadılması təhsilin keyfiyyətinə təsir edəcəkmi?

30 May 2017 13:30

Bu günlərdə təhsil sahəsində müzakirə edilən əsas məsələlərdən biri orta məktəblərdə tədris müddətinin yenidən uzadılması ilə bağlı səslənən fikirlərdir. Məlumat üçün bildirək ki, ötən həftə orta məktəblərdə tədris müddətinin daha bir müddət uzadılması barədə təşəbbüslər səsləndirilib. Təklif edilib ki, təhsildə daha yaxşı nəticəyə nail olmaq üçün orta məktəblərdə dərslər sovetlərin zamanında olduğu kimi sentyabrın 1-də başlayaraq, iyunun 15-dək davam etsin. Təbii ki, sözügedən təklif heç də hamı tərəfindən dəstək qazanmayıb. Hətta buna ciddi və əsaslandırılmış şəkildə etiraz edənlər də olub.

Beynəlxalq bank müflis elan edilə bilərmi?

30 May 2017 13:20

Azərbaycan Beynəlxalq Bankı ətrafında qeyri-müəyyənlik qalmaqdadır. Bankın keçmiş rəhbərliyinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat vəsaiti mənimsəməsi ilə yaranan problem hazıda da qalmaqdadır. Vəziyyətin hələ də tam yoluna qoyulmaması Beynəlxalq Bankın müflis elan ediləcəyi ehtimallarını artırır.

Elçin Hüseynbəyli yazır... Qəmli bir hekayət

30 May 2017 13:17

Bu səhər lap erkən durdum. Quşların səsini dinləyə-dinləyə, səssizlikdən kef ala-ala parka gəzməyə çıxdım.

Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır

30 May 2017 13:09

on illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də ciddi uğurlara imza atılır, nailiyyətlər əldə edilir. İstər Yay Olimpiya Oyunlarında hər dəfə medallarımızın sayının artması, istərsə Birinci Avropa Oyunlarında qazandığımız uğurlar, istərsə də digər dünya və Avropa çempionatları, qitə yarışlarında əldə edilən yüksək nəticələr belə deməyə əsas verir.

Mərkəzi Bankdan 11 milyon oğurlandı - Rusiyada

30 May 2017 13:03

Moskvada naməlum şəxs Rusiya Mərkəzi Bankının binasında 11 milyon rubldan çox vəsait oğurlayıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Moskva" agentliyi məlumat yayıb. Oğru məkana pəncərədən girib. Oğurlanmış pul Mərkəzi Bankda sektor müdirinə məxsus olub. Faktla bağlı külli miqdarda vəsaitin oğurlanması maddəsi üzrə cinayət işi başladılıb. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, cinayətkarın kimliyinin müəyyənləşməsi yolunda addımlar atılır.