Sosial
Bakıda güclü külək XƏBƏRDARLIĞI - Moskva qasırğasının təsirindəndirmi?
Azərbaycana şimaldan - Rusiya ərazisindən hava kütlələrinin daxil olması ilə əlaqədar hava şəraiti qeyri-sabit olacaq. Bunu özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Mingəçevirdə “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbir keçirilib
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Mingəçevir şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda seminar keçirib. Mingəçevir Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən daha 80 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasına istirahətə göndərilib.
“Sağlam həyat tərzi” mövzusunda fləşmob keçirilib
“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Sağlam həyat tərzi” mövzusunda fləşmob keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin “Sağlam həyat tərzi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyalar təşkil edilib, müxtəlif araşdırmalar aparılıb. Tanınmış idmançıların şagirdlərlə görüşü olub. “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Sağlam həyat tərzi” mövzusunda tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları bu barədə daha geniş məlumatlandırmaqdan ibarətdir.
Müdafiə Nazirliyi ehtiyat zabit və gizir hazırlığı kurslarına namizədlər qəbul edir
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq “Ehtiyat zabit hazırlığı kursu”na və “Gizir (miçman) hazırlığı kursu”na namizədlərin qəbulu elan edilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 20 iyun 2017-ci il tarixdən 10 iyul 2017-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər: Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.
Çimərliklərlə bağlı yoxlamaların nəticələri yaxın günlərdə açıqlanacaq
"Ölkəmizdə çimərliklərin yararlılığını təyin etmək üçün mayın 16-dan dəniz suyunun yoxlanılmasına başlanıb". Bu barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib.
Uşağa baxan valideynləri işdən azad edənlər cərimələnəcək
Azərbaycanda hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozmaya görə cərimələr artırılır. Məlumata görə, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Bu dəyişikliklərə əsasən, qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv edənlər 2000 manatdan 3000 manatadək miqdarda cərimələnəcəklər.
Sınaq imtahanında test tapşırıqlarının doğru cavabları açıqlandı
Dövlət İmtahan Mərkəzi mayın 27-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunan test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.
Gənclərə milli-mənəvi dəyərlər təbliğ edilir
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir” adlı növbəti tədbirini Siyəzən rayonunda keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, Siyəzən rayonunda Gənclər Mərkəzində keçirilən tədbirdə ADİİM sədri Cavid Şahverdiyev layihə haqqında qısa məlumat verdikdən sonra bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur: “Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb”.
Azərbaycanda qeyri-rəsmi əmək fəaliyyəti araşdırılacaq
Azərbaycanda ölkənin əmək bazarında qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul əhalinin sayı qiymətləndiriləcək. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş məlumat və statistikaya dair sub-regional seminarda deyib.
Bakıda polisin ölümü ilə bağlı yeni faktlar: "PORSCHE"Nİ SÜRƏN KİMDİR? - ADLAR AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Bakıda polis avtomobili minik maşını ilə toqquşub. Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail Rayon Polis İdarəsinə məxsus "Fiat Doblo" markalı avtomobil "Porsche" markalı maşınla toqquşub. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Baş bankirdən sensasion MANAT açıqlaması
"Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev manatın öz məzənnəsini tapdığını qeyd etdi. Bu, ictimaiyyətə ünvanlanan çox ciddi mesaj idi". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") birgə təşkilatçılığı ilə "İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda keçirilən konfransda bildirib.














