Sosial

"Hacı pivəsi"nin tərkibində spirt var - XƏBƏRDARLIQ

30 May 2017 15:20

Yay mövsümü və Ramazan ayının gəlişi ilə alkoqolsuz pivə ("Hacı pivəsi" adı ilə tanınır) məsələsi yenidən aktuallaşır. Əksəriyyətin sərinləşdirici içki kimi istifadə etdiyi "Hacı pivəsi"nə münasibət birmənalı deyil. Bəziləri akoqolsuz hesab edilən bu pivənin içilməsində heç bir qəbahət olmadığını bildirsə də, digərləri onun içilməsini doğru saymır. Nəfsinə hakim ola bilməyənlər isə "babalı istehsal edənin boynuna" deyib içir...

Politoloq: “Ermənistan hakimiyyəti öz xalqını aldadır”

30 May 2017 15:14

"Ermənistan dövlətinin hazırda tutduğu mövqe Ermənistan xalqını səfalətə və gələcəkdə məhv olmasına gətirib çıxaracaq”. Bunu politoloq Ramiz Alıyev deyib.

“Sabah qərar qəbul ediləcək”

30 May 2017 15:00

Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin bütün fikirləri nəzərə alınacaq, ölçülüb-biçiləndən sonra qərar qəbul ediləcək. Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ADU-da tələbələrlə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, tövsiyələr ali məktəbin Elmi Şurasına veriləcək.

Quba Perinatal Mərkəzində  seminar

30 May 2017 14:56

Ana və uşaq sağlamlığının qorunması Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlikdən “Olaylar” – a bildirlib ki, bu sahədə həyata keçirilən tədbirlər sırasında maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir. Maarifləndirmə tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və BTM-nin Uşaq Fondunun birgə təşkilatcılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminarlar silsiləsinin keçirilməsinə başlanılmışdır. Bu qəbildən olan növbəti seminar Quba Perinatal Mərkəzində keçirilib.

Almas İldırımın 110 illik yubileyi qeyd ediləcək

30 May 2017 14:54

Cari ilin mart ayının 25-də Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, şair Almas İldırımın anadan olmasının 110 ili tamam olub. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 31 may 2017-ci il tarixində, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində təntənəli yubiley tədbiri keçiriləcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Tədbir çərçivəsində qonaqlara konsert proqramı təqdim olunacaq.

ABŞ səfirliyinin əməkdaşı qəzaya düşdü

30 May 2017 14:53

Mayın 30-da səhər saatlarında Bakıda qəza baş verib. Məlumata görə, hadisə saat 09:10 radələrində Səbail rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Qadir Məmmədzadənin idarə etdiyi Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdə səfirliyinə məxsus olan, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyən, ABŞ vətəndaşı Şaynbaum Rossun idarə etdiyi Volvo markalı 006 D 056 dövlət nömrə nişanlı avtomaşına arxadan çırpılıb. Hadisə nəticəsində “Volvo”nun arxa tərəfi, Toyota Prado markalı 90-LM-888 dövlət nömrə nişanlı avtomaşının qabaq hissəsi əzilib. Hər iki avtomaşına yüngül maddi ziyan dəyib, xəsarət alan olmayıb.

“Yevlax Yun“ ASC hərraca çıxarılıb

30 May 2017 14:52

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 04 iyul tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə bu ayın ilk hərracı keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 122 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 76-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 53 min 750 manatla 2 milyon 391 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Yun“ Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 20%-i 240 min manata yaxındır. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Mingəçevir Qum Çınqıl” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə 156 min manata yaxın təklif olunur.

May ayının son hərracı keçirilib

30 May 2017 14:50

Mayın 30-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti  hərrac  keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə 2 istifadəsiz qeyri-yaşayış sahəsinə və 3 nəqliyyat vasitəsinə, respublikanın digər  şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsinə, 2 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak “Ağdam Pambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Beləki, adı çəkilən əmlak 872 min 500 manata özəlləşdirilib. Həmin Məhdud Məsuliyyətli Cəmiyyətin torpaq sahəsi 93 min 604 kv.m, ümumi faydalı sahəsi isə 4 min 258 kv.m təşkil edir. Bundan başqa paytaxtın Göyçay rayonunda yerləşən Qeyri-yaşayış binası da qiyməti ilə digərlərindən fərqlənir. Beləki, həmin əmlakın qiyməti 52 min 500 manatdır. Ümumi faydalı sahəsi 28,6 kv.m, topaq sahəsi isə 9 min 801 kv.m təşkil edir. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 4-ü də bölgələrdə yerləşir. Bunlardan 1-i Ağdamda, 1-i İmişlidə, 1-i isə Göyçaydadır.

Bakı kəndlərinə içməli suyun verilməsində məhdudiyyət olacaq

30 May 2017 14:49

Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “OLAYLAR”-ın “Azərsu” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, məhdudiyyətlər mayın 30-da 24 saat müddətində davam edəcək. “Azərsu”dan bildirilib ki, içməli suyun verilməsində məhdudiyyətlər Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsini əhatə edəcək.

ABB-in vəziyyəti dövlətin nəzarətindədir

30 May 2017 14:47

“Azərbaycan Beynəlxalq Bankındakı (ABB) vəziyyət dövlətin nəzarətindədir”.“Olaylar” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Əbülfəs Qarayev şimal zonasında vətəndaşları qəbul edib

30 May 2017 14:45

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü mayın 30-da Xaçmazda gerçəkləşib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdən öncə nazir Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinlərinin qəbulu keçirilib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb.

Dilçilik İnstitutu: Telekanalların xəbər proqramlarında dil qüsurları var

30 May 2017 14:21

“Telekanallarda aparılan monitorinqlər zamanı həm fonetik, həm leksik, həm morfoloji, həm də üslubi səviyyədə normadan kənara çıxma halları aşkarlanıb”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Nəzakət Qaziyeva “Telekanalların dil mənzərəsi” mövzusunda keçirilmiş dəyirmi masada deyib. O bildirib ki, monitorinqlərə AzTV, İTV, ATV, Xəzər, Space, Lider telekanallarında yayımlanan xəbər, xəbərdən törəmə və əyləncə tipli verilişlər cəlb olunub. N. Qaziyeva deyib ki, ingilis dilindən alınan sözlərdə tələffüz zamanı olduğu kimi saxlanılır, bu da fonetik normanın pozulmasına gətirib çıxarır.

Dil pozuntularının qarşısını almaq üçün cəza tədbirləri hazırlanacaq

30 May 2017 14:18

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Telekanalların dil mənzərəsi” mövzusunda dəyirmi masa keçirilib. Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlər, yerli telekanalların dili ilə bağlı aparılmış monitorinqlərin nəticələri müzakirə olunub. 

Nazirlik səyahətə gedən vətəndaşlara müraciət etdi

30 May 2017 14:19

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə, eləcədə ölkə daxilində turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır. Bununla əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər: “Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərsiniz”.

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir

30 May 2017 14:16

Azərbaycanda məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi üçün təlim kurslarının növbəti mərhələsi kimi, növbəti dörd günlük seminar öz işinə başlayıb. Seminarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) nümayəndələri, yerli və beynəlxalq ekspertlər iştirak edir.