Sosial
Hıçqırığı necə dayandıraq?
Demək olar ki, həyatda hamımızın qarşılaşdığı və çoxlarının səbəbini bilmədiyi hıçqırıq bəzən gün boyu davam edib zəhlətökən ola bilir.
ABŞ alimləri: Qadınlar iy bilmə qabiliyyətinə görə kişilərdən daha həssasdır
ABŞ tədqiqatçıları araşdırmaları sonunda belə bir nəticə əldə etmişlər ki, qadınlar iy bilmə qabiliyyətinə görə kişilərdən daha həssasdırlar. Qadınlar və kişilər arasında keçirilən sorğu zamanı qadınların təqdim olunan ətir iylərini kişilərə nisbətən daha tez duyduğu ortaya çıxmışdır.
Diqqət: Sağlam qidalanma üçün əsas şərtlər...
Düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Sağlam qidalanmaq barədə xüsusilə təbii gigiyena ilə məşğul olan həkim və mütəxəssislərin mövqeləri maraq doğurur.
Yayda hansı eynəklərə üstünlük verilməlidir?
Qarşıdan yay fəslinin gəlməsi günəş eynəklərindən istifadəni qaçilmaz edir. Gün eynəklərini əsasən üç qrupa ayırırlar. Kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli eynəklər. Kosmetik eynəklər kosmetik funksiyanı yerinə yetirərək, imici nəzərə çarpdıran aksessuar rolunu oynayır. Onlar sizi günəşdən qorumasa da, sizə ziyan da vurmayacaqlar. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.
Alimlər: Qadının yaşını onun istifadə etdiyi ətirdən bilmək olar
Amerika və Yapon tədqiqatçıları kişilərin qadınların yaşını onların istifadə etdikləri ətirlərin iyinə görə müəyyənləşdirdiklərini sübut ediblər. Alimlərin fikrincə qadının yaşı artdıqca o, daha “ağır” və “gül” qoxulu ətirlərə üstünlük verir.
Daha bir marşrut üzrə avtobuslarda gediş haqqı kartla ödəniləcək
Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.
Özbəkistanın xalq şairi Yunus Oğuzla görüşüb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələrinin Azərbaycan Respublikasına yaradıcılıq səfərinə gəliblər. Nümayəndə heyəti səfər çərçivəsində yazıçı-publisist, tarixi romanlar müəllifi, “Olaylar” qəzeti və eyni adlı xəbər agentliyinin baş redaktoru Yunus Oğuzla görüşüblər.
Növbəti IX sinif buraxılış imtahanının NƏTİCƏLƏRi AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi martın 12-də Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmir rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.
Fond növbəti fərdi jurnalist yazıları müsabiqəsini elan edib
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib
Ehtiyatsız davranma baha başa gələ bilər
Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurmağa görə daha ağır cəzaların tətbiq edilməsi nəzərdə tutulur. Bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Bakıda qadın sürücü 130 minlik maşınla qəza törətdi
Bu gün Nəsimi rayonu, Vaqif küçəsində yol qəzası baş varib. Məlumata görə, "Mercedes GL" markalı, 90 VJ 099 dövlət nömrə nişanlı avtomobillə "Hyundai Santafe" markalı, 90 HM 466 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Mercedes"in vurduğu zərbədən idarəetməni itirən "Hyundai" səkiyə çıxaraq ağaca dəyib.
“Naxçıvan Muxtar Respublikasının Stratiqrafiyası” adlı monoqrafiya çapa hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) “Naxçıvan Muxtar Respublikasının Stratiqrafiyası” adlı monoqrafiya çapa hazırlanır. Müəllifləri institutun Paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev, Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, geologiya-mineralogiya elmləri doktoru Aydın Məmmədovdur. Minə yaxın səhifəsi olan topluda Naxçıvan ərazisində yayılmış Paleozoy, Mezozoy və Kaynozoyun bütün sistem və mərtəbələri beynəlxalq stratiqrafik cədvələ uyğun olaraq təsvir edilir, həmçinin müxtəlif illərin elmi-tematik və geoloji-planaalma işləri nəticəsində ayrılmış yerli stratiqrafik vahidlərin təsviri və faunistik səciyyələndirilməsi aparılıb, müxtəlif yaşlı litoloji-stratiqrafik komplekslərin dayaq kəsilişləri verilib. Bunlardan əlavə, müxtəlif tədqiqatçılar tərəfindən toplanmış və yaşı təyin edilmiş zəngin fauna nümunələri müvafiq paleontoloji cədvəllərdə öz əksini tapır.
Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib
Azərbaycanda payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib. Bu, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovanın apardığı “Gəncə-Qazax bölgəsində dənli bitki senozlarında yayılmış sərtqanadlılar (Coleoptera), onların növ tərkibi, bioekologiyası və trofik əlaqəsi” mövzusunda apardığı tədqiqat nəticəsində məlum olub.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılova Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb.
Binəqədi icra başçısı növbəti səyyar görüş keçirib
Biləcəri qəsəbəsi, məhəllə 5057/68 ünvanında yerləşən 284 saylı orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirilib.






.jpg)






.jpg)
