ABŞ alimləri: Qadınlar iy bilmə qabiliyyətinə görə kişilərdən daha həssasdır

ABŞ tədqiqatçıları araşdırmaları sonunda belə bir nəticə əldə etmişlər ki, qadınlar iy bilmə qabiliyyətinə görə kişilərdən daha həssasdırlar. Qadınlar və kişilər arasında keçirilən sorğu zamanı qadınların təqdim olunan ətir iylərini kişilərə nisbətən daha tez duyduğu ortaya çıxmışdır.

ABŞ tədqiqatçıları araşdırmaları sonunda belə bir nəticə əldə etmişlər ki, qadınlar iy bilmə qabiliyyətinə görə kişilərdən daha həssasdırlar. Qadınlar və kişilər arasında keçirilən sorğu zamanı qadınların təqdim olunan ətir iylərini kişilərə nisbətən daha tez duyduğu ortaya çıxmışdır. Tədqiqatçılar müəyyən etmişlər ki, qadınlardan hər hansı bir ətirin iyini gizlətmək demək olar ki, qeyri mümkündür. Eyni zamanda müəyyən olunmuşdur ki, ərinin paltarında qadın başqa bir qadın ətrini hiss edən xanımların hətta boşanma hallarınada rast gəlinir. Daha dəqiq desək ABŞ-da boşanmaların 25%-ni bu səbəbdən boşanmalar təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31