Sosial
Molla Pənah Vaqifin yubiley tədbirləri keçirilib misir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumata görə, Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, konfranslar, mühazirə və “Dəyirmi masa”lar, bədii qiraət və rəsm müsabiqələri təşkil edilir.
Güclü külək əsəcək
İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, şimşək çaxacağı ehtimalı var.
İşçilərin ixtisarı ilə bağlı qaydalar dəyişir
İşçilərin ixtisara düşməsi ilə bağlı qaydalar dəyişir. Bu məsələ Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. “Olaylar” xəbər verir ki, Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunub: “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır”. 77-ci maddədə isə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
3, 7, 40 mərasimləri azərbaycanlıların İslama gətirdiyi "yenilikdir"
Bu gün Azərbaycanda yas mərasimləri toylardan daha təmtəraqlı keçirilir. Qohum-qonşunun, yaxınların diqqətini cəlb etməkdən, "filankəsin süfrəsində hər şey var idi" cümləsini eşitməkdən ötrü ölən insanın yaxını kifayət qədər xərc sahibi olur. Eyni zamanda, ölünün 3-ü, 7-si, 40-ı, cümə axşamları, nəhayət, ili keçirilir.
Baş prokurorluq: “Əfqan Muxtarlı sərhədi qanunsuz keçib, müqavimət göstərib”
Mayın 29-da saat 22.40-da Azərbaycan dövlət sərhədini qanunsuz keçəndən sonra Əfqan Muxtarlı saxlanılıb. Bu barədə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Media rəhbərlərinin Naxçıvan səfəri başlayıb
Azərbaycanda 14 yaşadək uşaqlar arasında siqaret çəkənlərin sayı artıb
Azərbaycanda aparılan tədqiqatlar nəticəsində məlum olub ki, siqaret çəkənlərin sayı hər il gəncləşir. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə “Tütün-inkişaf üçün təhlükə!” mövzusunda KİV nümayəndələri üçün keçirilən seminarda bildirib ki, əvvəllər ölkədə 16-17 yaşlıların tütündən istifadəsi müşahidə olunurdusa, bu gün yaşı 14-dən aşağı olanlar arasında siqaret çəkənlərin sayı artıb.
Azərbaycanda siqaretlə bağlı daha bir qadağa tətbiq olunur
Azərbaycanda tütündən (siqaretdən) istifadə ilə bağlı daha bir qadağa qoyulur. Bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatları haqqında” qanuna təklif edilən əlavələr müzakirə olunub. Qanunun 20-ci (tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması) maddəsinə təklif edilən əlavəyə əsasın, tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün stimullaşdırıcı lotereyaların keçirilməsi də qadağan olunur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Deputat: “Azərbaycanda 300 mindən artıq məcburi köçkün həyatı yaşayan uşaq var”
“Bu gün Azərbaycanda 300 mindən artıq məcburi köçkün həyatı yaşayan uşaq var. Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir”.
81 saylı avtobusda baş verən ölüm hadisəsi ilə bağlı istintaq araşdırması aparılır
28.05.2017 tarixində 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin, paytaxt sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlar əsasında Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb.
Ətraf mühitin inkişafında gənclərin rolu artırılır
“Bizim gənclik” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühitin dayanıqlı inkişafında gənclərin rolu” layihəsinin icrası çərçivəsində Bakı şəhərində cari ilin 24-26 may tarixlərində tədbirlər həyata keçirib.
Xəzərdə zəlzələ
Xəzər dənizində növbəti dəfəzəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən "Olaylar" -a verilən məlumata görə, mayın 30-da yerli vaxtla saat 17:33-də Xəzər dənizində zəlzələ qeydə alınıb. 44 km dərinlikdə baş verəb zəlzələnin maqnitudası 3.6 olub və hiss edilməyib.
Azərbaycanda qorxulu kənd - Yer insanları udur
Uşağa yemək yedirərkən diqqətli olun
Qida borusuna yad cisim, qida və ya su düşən zaman böyüklər də boğula bilirlər. Amma boğulma tutması zamanı böyüklər vəziyyətdən çıxa bilirlər, uşaqlar isə əksən hallarda boğulub ölürlər. Qida borusuna yad cism düşdükdə reflekslər hərəkətə keçir və öskürərək yad cismi xaric etməyə çalışır.
Uşaqlar barmağını niyə əmir?
Ümumiyyətlə, barmaq əmmək körpənin hələ ana bətnindəykən öyrəndiyi ilk davranış reflekslərindən biridir. Körpələrin ilk zövq alma duyğuları ağız ətrafında reallaşır. Ana döşünü əmərək qidalanan uşaq üçün ətrafını tanıma prosesi yenə ağız yolu ilə refleks olaraq baş tutur. Buna görə uşaq bu dövrdə hər şeyi, ayaq və əl barmaqlarını belə, ağzına salıb əmir. Hətta oyuncağı, yorğanını əmən körpələr var. Onlar hər bir obyekti ağızlarına apararaq dadmağa və anlamağa çalışarlar. Bu hal yalnız qidalanma instinkti ilə bağlı olan bir vərdiş deyil. Bu davranışla həm də müxtəlif obyektləri tanımağa çalışırlar. Diş çıxarma zamanı da diş əti qıcıqlamasından dolayı körpə barmağını əmə bilər.














