Sosial

Bakıda küçədən çılpaq tapılan 5 yaşlı qız QİÇS xəstəsidir?

31 May 2017 16:02

Azərbaycan Uşaqlar Birliyi bir neçə gün əvvəl küçədən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmurda (ad şərtidir) QİÇS xəstəliyinin aşkarlanmasına aydınlıq gətirib. Birliyin sədr müavini Vasif Akifli  bildirib ki, 5 yaşlı Yağmurda QİÇS xəstəliyinin olması ilə bağlı məlumat həqiqəti əks etdirmir: "Yağmur hazırda bizim sığınacaqdadır. Onunla bağlı məhkəmə tibbi ekspertizaları keçirilib. Yağmurda heç bir xəstəlik aşkarlanmayıb. Uşaq sağlamdır." Vasif Akifli qeyd edib ki, uşaq anası tərəfindən hansısa cinsi zorakılığa sövq olunması ehtimal oluna bilər: "Biz yalnız onun fiziki zorakılığa məruz qalması ilə bağlı məhkəmə tibbi ekspertizadan keçirmişik."

Dünyada qadağan olunan oyuncaqlar Bakını necə fəth edir? - Uşaqlara real təhlükə

31 May 2017 16:00

Xüsusən azyaşlı uşaqların marağına səbəb olan bu oyuncaqdan istifadə ABŞ-ın bəzi ştatlarında və İngiltərədə qadağan edilib. Buna səbəb isə "spinner"lərin xüsusilə məktəblilərin diqqətini dağıtması göstərilib. Mütəxəssislər valideynləri də diqqətli olmağa çağırıb və uşaqların evdə də anti-stress çarxından uzaq qalmasına nəzarət edilməli olduğunu bildiriblər.

Camal Kamal Yazıçılar Birliyində

31 May 2017 15:54

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələri Azərbaycanda yaradıcılıq səfərindədilər. Səfər çərçivəsində qonaqlar mayın 31 – də Azərbaycan Yazıçılar Birliyində Özbəkistanın Xalq Şairi, tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalın 80 illik yubileyi keçirildi.

Baş Prokurorluğun nümayəndə heyəti Niderland Krallığında  səfərdə olub

31 May 2017 15:51

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Vüqar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 21-dən 25-dək Haaqada Avropa İttifaqı tərəfindən həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində tədbirdə iştirak edib.

Daxili orqanında narkotik vasitə keçirmək istədi

31 May 2017 15:51

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Çimərliklərlə bağlı yeni tələblər müəyyən edilib

31 May 2017 15:49

Milli Məclis çimərliklərlə bağlı yeni tələblər nəzərdə tutan dəyişiklik layihəsini müzakirə edib. “Olaylar” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin yaz sessiyası başa çatdı

31 May 2017 15:48

Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. İclasda 37 qanun layihəsi müzakirə edilib. Bununla da  Milli Məclisinin yaz sessiyası başa çatıb. Spiker Oqtay Əsədov deyib ki, MM-in növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur. Sonra spiker sessiyanı bağlı elan edib. Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

Birinci vitse-spiker deputata xəbərdarlıq edib

31 May 2017 15:47

"Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır”. “Olaylar” xəbər verir ki, Milli Məclisin (MM) mayın 31-də keçirilən plenar iclasında vitse-spiker Ziyafət Əsgərov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevə xəbərdarlıq edib. Belə ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Q.Həsənquliyev deyib ki, bəzi məhkəmələrin hakimləri hökmlərini hərraca çıxarırlar: “Cərimələrin artırılması bu sahədə məsələləri tənzimləmir. Bununla da bəzi hakimlər qanunsuzluq edəcəklər”.

"Əhalinin sağlamlığının qorunması haqqında" qanununa dəyişiklik edilib

31 May 2017 15:47

Həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir. “Olaylar” xəbər verir ki, Milli Məclisinin plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir. Hazırda qüvvədə olan qanuna əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirri təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.

Milli Məclis cərimələrin miqdarını  artırdı

31 May 2017 15:46

Cinayət Məcəlləsinin 124 maddəsinə dəyişiklik olunub. “Olaylar” xəbər verir ki, Milli Məclisin (MM) mayın 31-də keçirilən plenar iclasında Cinayət Məcəlləsinə edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir. Layihədə cərimələrin, o cümlədən bəzi maddələr üzrə həbs müddətinin artırılması nəzərdə tutulur. Layihə səsverməyə qoyularaq qəbul edilib.

Mətbuat Şurası və Veysəloğlu şirkəti müsabiqə elan etdi

31 May 2017 15:40

Azərbaycan Mətbuat Şurası “Veysəloğlu” Şirkətlər Qrupu ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda  kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir.

Çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbirlər keçirilir

31 May 2017 15:39

Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə 2017-ci ilin may ayında Xaçmaz, Şabran, Şamaxı və Ağsu rayonlarında təbliğat xarakterli mədəni-kütləvi tədbirlər keçirilib.

Xızının içməli su təchizatı və kanalizasiya layihəsi üzrə işlərin böyük hissəsi yerinə yetirilib

31 May 2017 15:35

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir. Geniş turizm potensialına malik Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər intensiv qaydada həyata keçirilir.

Azərbaycana gətirilən qarğıdalı və buğdada TƏHLÜKƏLİ xəstəliklər aşkarlandı

31 May 2017 15:25

"Rusiyadan Azərbaycana gətirilən böyük miqdarda qarğıdalı və buğdada Yovşan yarpaqlı ambroziya (Ambrosia artemisiifolia Linnaeus) və Üçdilimli ambroziya (Ambrosia trifida Linnaeus) aşkarlanıb".

Ötən ilin dövlət bürcəsi kəsrlə icra olunub

31 May 2017 15:20

Mayın 31-də keçirilən Milli Məclisin yaz sessiyasının son iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Z.Səmədzadə bildirib ki, neftin ucuzlaşmasına və xarici risklərə baxmayaraq dövlət büdcəsi üzrə vəzifə və öhdəliklər tam yerinə yetirilib. Onun sözlərinə görə, neftdən daxilolmaların azalmasına baxmayaraq dövlət büdcəsində müdafiə olunan xərclər üzrə artım müşahidə edilib: "2016-cı ilin dövlət büdcəsi üzrə müdafiə olunan ümumi xərclərin 35,5%-ni təşkil edib". Ötən il əsaslı xərclərin xüsusi çəkisinin artdığını deyən Z.Səmədzadə bildirib ki, bu, müvəqqəti xarakter daşıyır.