Sosial

Prezidentin şərəf və ləyaqətini ləkələməyə görə cəzalar sərtləşdirildi

31 May 2017 15:19

Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəza sərtləşdirilib. “Olaylar”ın məlumatına görə, bununla bağlı Milli Məclisin iclasında Cinayət Məcəlləsinə dəyişiklik müzakirə edilib. Dəyişiklik layihəsinə əsasən, Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Bilik Fondu bölgə abituriyentləri üçün videokonfrans keçirdi

31 May 2017 15:15

Bilik Fondunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinə qəbul imtahanları ərəfəsində abituriyentlərin psixoloji hazırlığını gücləndirmək məqsədilə videokonfrans keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş videokonfransda Bakı, Zaqatala, Qəbələ, Gəncə, Göyçay, Sumqayıt və Şirvan məktəbliləri, müəllim və valideynlər iştirak ediblər.

Azərbaycan məktəblisi Ukraynada qızıl medal qazanıb

31 May 2017 15:12

Bakı məktəblisi Ukraynada kikboksinq idman növü üzrə gənclər arasında keçirilən beynəlxalq yarışda birincilik qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Cəlal Əliyev turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb. Cəlal Əliyev qızıl medal və I dərəcəli diplomla təltif olunub.

Keçən il 58 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilib

31 May 2017 15:11

Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq sosial müavinət ödənilməklə yanaşı, onların tibbi-sosial reabilitasiya imkanları getdikcə artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 2016-cı ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, ailə üzvlərinin iştirakı ilə əsaslı təmir və yenidənqurmadan sonra açılışı olan Uşaq Bərpa Mərkəzi, burada ən yüksək standartlara uyğun səviyyədə yaradılan reabilitasiya şəraiti qeyd olunan uşaqların sağlamlıqlarının bərpasına xüsusi diqqət və qayğının nümunəsidir.

Müharibə əlilləri və şəhid ailələrinin 17 293 nəfər uşağı aylıq sosial müavinətlə təmin olunur

31 May 2017 15:10

2017-ci ilin 01 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin 17 293 nəfər, I və II qrup Çernobıl AES əlillərinin ümumilikdə 635 nəfər uşağı, müddətli hərbi xidmət qulluqçularının 192 nəfər uşağı aylıq sosial müavinətlə təmin olunur.

Səfərbərlik üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edildi

31 May 2017 15:09

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edilib. “Olaylar”ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanunun 2-ci (Dövlət qulluğu) maddəsinə təklif edilən əlavə Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılıb.Əlavəyə əsasən, maddədə dövlət qulluğu növü siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adı salınır. Layihə səsə qoyularaq qəbul edilib.

Etik davranışı pozan bələdiyyələr cəzalanacaq

31 May 2017 15:06

Milli Məclisinin yaz sessiyasının sonuncu iclasında "Bələdiyyələrin etik davranış qaydaları haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, qanun layihəsi 3 fəsil, 27 maddədən ibarətdir. Bu qanun bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini, və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Xaricdə təhsil alanlara şad xəbər: işə müsabiqəsiz qəbul ediləcəklər

31 May 2017 15:06

Milli Məclis Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edib. “Olaylar” xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni maddə əlavə edilib. Əlavəyə görə, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu zamanı bağlı bu qanunun 28.1-ci maddəsi (28.1 Dövlət qulluğuna qəbul müsabiqə yolu ilə aparılır.

Deputat: “Vətəndaşlar kredit götürəndə imza atdıqları sənədi oxusunlar”

31 May 2017 15:05

“2017-ci ilin mart ayında biz 2016-cı ilin dövlət büdcəsinin hesabatını qiymətləndirmişik və hazırda da büdcənin icrası ilə bağlı qanun layihəsini müzakirə edirik. Bu, bir daha dövlətin şəffaf işləməsinə nümunədir. Bu baxımdan düşünürəm ki, bundan sonra hansısa məsələnin geniş şəkildə müzakirəsinə ehtiyac yoxdur”.

Azərbaycan iki ölkə ilə imzaladığı sənədləri təsdiq etdi

31 May 2017 14:59

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan ilə iki ölkə arasında sənədlər müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi məsələləri daxil edilib. Hər iki sənəd səsə qoyularaq təsdiq edilib.

Kredit götürüb İPhone işlədirlər

31 May 2017 14:57

“Bankdan istehlak krediti götürüb ferma yaratmaq əvəzinə, övladlarına toy edib, cehiz alırlar. İmkanı olan da, olmayan da İPhone işlədir. Amma bu məqsədlə kredit alanda, onu necə qaytaracağını düşünmürlər. Sonda da faizlər yığılıb problem yarananda, bankları günahlandırırlar”.

Milli Məclis bir məsələni gündəlikdən çıxardı

31 May 2017 14:55

Milli Məclisin bu gün keçirilən iclasında bir məsələ gündəlikdən çıxarılıb. “Olaylar” xəbər verir ki, gündəlikdən çıxarılan məsələ "İşsizlikdən sığorta haqqında" qanununun layihəsidir.

“Dövlətin nəyinə lazımdır ki, Şahdağ Turizm Kompleksini saxlasın”

31 May 2017 14:54

“Hökumətin təqdim etdiyi hesabatla tanış oldum. Təəssüflər olsun ki, ümumdaxili məhsul 2015-ci illə müqayisədə 2016-cı ildə 3,4 faiz azalıb”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında “2016-cı ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Parlament 2016-cı ilin büdcəsinin icrasını təsdiq etdi

31 May 2017 14:52

Milli Məclisin bu gün keçirilən iclasında  “2016-cı ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.“Olaylar” xəbər verir ki, layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Züleyxa Nadir yazır... Yaxşılıqların sultanı olaq

31 May 2017 14:42

Hər il Ramazan ayı gələndə dünya müsəlmanları 30 gün oruc tuturlar. Oruc nədi? Bu sualın cavabını Azərbaycanda ibadət edən hər kəs bilir. Niyə Allah onu vacib buyurub? Bu sualın cavabı haqqında isə çoxlarının ibtidai bilgisi belə yoxdu. İnsanlar elə bilirlər ki, oruc tutmaq gündüzlər ac qalıb axşamlar isə bir günün yeməyini bir dəfəyə yeməkdi. Və guya bununla da Allah qarşısında olan borclarını yerinə yetirmiş olurlar. Orucun əsil mahiyyətinin nə olduğunu bilməyə isə həvəs göstərmirlər. Allah deyir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz” (Bəqərə surəsi, ayə 183). Əlavə şərhə gərək yoxdu. Allahın dediyi hər sözün öz çəkisi, öz məna tutmu var. Sadəcə bunu oxuyub dərk etmək lazımdı.