Sosial

ATU-da İctimai Nəzarət və Məsləhət Şurası yaradıldı

7 İyun 2017 11:46

Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının 30 may 2017-ci il tarixli  qərarıyla ATU Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasına qərar verilib. Artıq şuranın 9 nəfərdən ibarət tərkibi formalaşıb. 

Fikrət Məmmədov Naser Seraj ilə görüşüb

7 İyun 2017 11:45

Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Seraj ilə görüş keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə  xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti vurğulanıb.

Azərbaycan vətəndaşı xaricə nə qədər ABŞ dolları apara bilər?

7 İyun 2017 11:42

Redaksiyamıza müraciət edən vətəndaşlar soruəurlar ki, xaricə getdikdə nə qədər ABŞ dolları apardıqda vergi ödənilmir? Ümumiyyətlə vətandaş özü ilə xaricə nə qədər ABŞ dolları apara bilər? Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarı ilə təsdiq olunmuş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na əsasən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

“İşğal altında: Şuşa. Qisas” kompüter oyununun təqdimatı keçirilib

7 İyun 2017 11:39

Bakıda “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Gənclər və İdman naziri Azad Rəhimov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və digər rəsmilər iştirak ediblər.

Bakı məktəblilərindən möhtəşəm qələbə

7 İyun 2017 11:37

Paytaxt məktəbliləri Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, kikboksinq idman növü üzrə təşkil olunan Gürcüstan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb.

London məhkəməsi Azərbaycan Beynəlxalq Bankı ilə bağlı qərar verdi

7 İyun 2017 11:34

Nyu-York məhkəməsinin ardınca London məhkəməsi də Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin, habelə hüquqlarının xarici kreditorların iddia tələblərindən qorunması ilə bağlı müsbət qərar qəbul edib.

Dövlət Əmək Müfəttişliyi 69,4 min  manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə

7 İyun 2017 11:33

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən  həyata keçirdiyi tədbirlərin bir istiqaməti də əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılmasına yönəlib.

İnvestisuya layihələrinin qəbuluna start verildi

7 İyun 2017 11:31

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sahibkarlardan bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir.

Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Ədliyyə Nazirliyində olub

7 İyun 2017 11:28

Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri,  Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Martin Kreutner ilə görüşüb.

Bu gündən bu xəta radara düşəcək - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

7 İyun 2017 11:20

Avtomobilinin icbarı sığortası olmayan sürücülər iyunun 7-dən cərimələnəcək.  Bununla bağlı hələ 1 həftə əvvəl Baş DYP İdarəsi tərəfindən sürücülərə müraciət edilib. 

Başınız gicəllənirsə, mütləq oxuyun!

6 İyun 2017 20:02

Adətən başımız gicəllənəndə qandakı hemoqlabinin, yaxud təzyiqin aşağı düşdüyünü fikirləşirik. Halbuki baş gicəllənməsinin müxtəlif səbəbləri ola bilər. Bu səbəblər sırasına menyer xəstəliyi də daxildirBu xəstəlik haqda məlumatı təqdim edirik.

Uşağı yelləməyin! Beyninə qan sıza bilər – HƏKİM XƏBƏRDARLIĞI

6 İyun 2017 19:50

Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.

Alimlər: D vitamini qadınların qanında şəkərin səviyyəsinə nəzarət edir

6 İyun 2017 19:08

Loyola Universitetinin alimləri ilin soyuq aylarında D vitaminin əhəmiyyətini bir daha təsdiq ediblər. Qış aylarında günlər qısalır və insanlar vaxtlarını daha çox qapalı yerlərdə keçirirlər. Bu vaxt D vitamini köməyə gəlir.

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

6 İyun 2017 18:54

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin əməkdaşları fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq bütövlükdə Naxçıvan Muxtar Respublikasının dialekt və şivələrini öyrənir, təbliğ edir.

AMEA-nın Humanitar Elmlər Bölməsinin  Büro iclası

6 İyun 2017 18:50

İyunun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib.Tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və HEB üzrə "AMEA-nın professoru" elmi adına namizədlər iştirak ediblər.Akademiyadan “Olaylar” – a bildirlib ki, bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.