Sosial
Ədliyyə naziri Türkiyənin Baş Prokurorunun müavini Halil Adıgözəl ilə görüşüb
Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Baş Prokurorunun müavini Halil Adıgözəl ilə görüş keçirib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə əməkdaşlığa dair danışıqlar aparılıb. Türkiyədə bu sahədə islahatların həyata keçirildiyi nəzərə alınaraq Azərbaycanın nailiyyətlərinə maraq göstərilib, təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.
Cəlilabad sakinini ildırım vurub
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində bədbəxt hadisə baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 6-da şəhər sakini Azər Qurbanov ildırım vurması nəticəsində ölüb. Araşdırma aparılır.
Analarını Bakıya həkimə gətirmək istədilər- bir ailənin dəhşətli faciəsi
Ötən gecə Hacıqabul rayonunda baş vermiş və ana ilə 2 oğlunun ölümü ilə nəticələnən dəhşətli qəza barədə bəzi məqamlar üzə çıxıb. “Olaylar” lent.az-a istinadən məlumat verir ki, qəzaya düşən “Ford Transit” markalı, 99 HF 830 dövlət qeydiyyat nişanlı kiçiktutumlu yük maşını Bakıdakı çörəkbişirmə sexlərindən birinə məxsus olub.
Azərbaycana gətirilən və aparılan valyuta haqda qanunvericilik dəyişdirilir
Azərbaycanda “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilir. “Olaylar”-ın məlumatına görə, qanunun 14-1-ci maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir. Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.
Ədliyyə orqanlarında işə qəbul imtаhаnı keçiriləcək
“Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci il iyunun 10-da Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək”. Bu barədə DİM-dən verilən məlumatda deyilib. Bildirilir ki, imtahan saat 10:00-da vahid auditoriyada – Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) təşkil olunacaq. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün namizədlər imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 8 və 9 iyun tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər. İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq. Sənədlərin qəbulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış və 640 nəfərin namizədliyi qeydə alınıb.
AZTV və İTV-də yeni təyinatlar
İctimai televiziya da və AZTV-də yeni təyinatlar olub. Əməkdar jurnalist Natiq Abdullayev "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru təyin edilib. Bundan başqa 2 gün əvvəl şirkətin informasiya departamentinin direktoru vəzifəsindən azad edilən Telman Məmmədov (Nəzərli) AZTV-nin Hərbi-vətənpərvərlik redaksiyasına rəhbər təyin edilib.
Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Məlikçobanlı kənd “Cümə”məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.
Əbülfəs Qarayev İsrail səfiri ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan Stavı qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və İsrail arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritetdir
“Azərbaycan təhsilində həyata keçirilən sistemli islahatlar öz müsbət nəticələrini verməkdədir»”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Sona Əliyeva səsləndirib.
Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov Sabirabad rayonunda vətəndaşları qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Sabirabad rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonundan ümumilikdə 20-dən artıq sakin iştirak edib.
Mikayıl Cabbarovdan peşə təhsili bağlı AÇIQLAMA
"Azərbaycan tarixində ilk dəfə olaraq peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına lazımi dəstəyin verilməsi, habelə peşə təhsili və tədrisi üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi bu sahədə görülən əsas hədəflərdəndir. Bu məqsədlə hazırda Almaniya, İngiltərə, Koreya, Finlandiya, İsveçrə, Sinqapur, Litva, Estoniya kimi ölkələrin təcrübələri öyrənilir". Bunu təhsil naziri Mikayıl Cabbarov "Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi" texniki yardım layihəsinin açılış konfransında çıxışında deyib.
“Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçiriləcək
9 İyun 2017-ci il tarixində “Holliday İnn” mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçiriləcək.
Azərbaycanda orta məktəbdə DƏHŞƏT: meyiti direktor tapdı - YENİLƏNİB
Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib. Lənkəran şəhər Koroğlu küçəsi 3 ünvanında yerləşən S.Kazımbəyov adına 6 saylı məktəb-liseydə gözətçi işləyən 1966-cı il təvəllüdlü Məhərrəmov Aydın Bəycan oğlu özünü asaraq həyatına son qoyub.
"Qırmızı kitab"a daxil edilmiş balıqların ovuna icazə verilməsi qaydası müəyyənləşdi
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna icazə verilməsi halları və qaydası müəyyənləşdirilib. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda əksini tapıb.














