Azərbaycanda orta məktəbdə DƏHŞƏT: meyiti direktor tapdı - YENİLƏNİB

Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib. Lənkəran şəhər Koroğlu küçəsi 3 ünvanında yerləşən S.Kazımbəyov adına 6 saylı məktəb-liseydə gözətçi işləyən 1966-cı il təvəllüdlü Məhərrəmov Aydın Bəycan oğlu özünü asaraq həyatına son qoyub.

Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib. Lənkəran şəhər Koroğlu küçəsi 3 ünvanında yerləşən S.Kazımbəyov adına 6 saylı məktəb-liseydə gözətçi işləyən 1966-cı il təvəllüdlü Məhərrəmov Aydın Bəycan oğlu özünü asaraq həyatına son qoyub. Onun məktəbin foyesində asılı vəziyyətdə qalmış meyitini məktəbin direktoru səhər saatlarında işə gələrkən görüb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Bildirilir ki, intihar edən A.Məhhərrəmov rayonun Mamusda kəndində yaşayırmış. 51 yaşlı gözətçinin son vaxtlar maddi sıxıntılar keçirdiyi deyilir.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Lent.az

***

Lənkəranda intihar hadisəsi baş verib. Lənkəranın Mamusda kənd sakini, 1966-cı il təvəllüdlü Aydın Bəycan oğlu Məhərrəmov özünü asıb. İlkin məlumata görə, A.Məhərrəmov gözətçi işləiyi 6 nomrəli məktəbdə intihar edib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31