Sosial

“Sağlam ailə sağlam cəmiyyətin təməlidir”- HDİM orta məktəbdə dəyirmi masa keçirib

7 İyun 2017 15:08

Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində növbəti tədbirini Lökbatan qəsəbəsində keçirib. Dəyirmi masada çıxış edən layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından danışıb və boşanmaların xeyli artdığını,  ailə institutunun təhlükədə olduğunu bildirib.

Nikaha daxil olmaq istəyən 1590 nəfərdə talassemiya aşkarlandı

7 İyun 2017 15:06

May ayı ərzində 11209 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, müayinədən keçən 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.

Kriminal avtoritet azərbaycanlı biznesmeni niyə diri-diri basdırdı? - TƏFƏRRÜAT 

7 İyun 2017 14:52

Moskvada diri-diri basdıralan azərbaycanlı iş аdamı Hikmət Salayevin başına gələnlərlə bağlı bəzi məqamlar aydınlaşıb. Əslində Salayevin şəriklərinə 1 milyon 500 min rubl borcu olub. Bu borcu isə şərikləri ona yox, əmisi oğluna veriblərmiş. Amma əmisi oğlu həmin borcu qaytarmadığından şərikləri Hikmətə müraciət ediblər. Hikmət isə yaxın zamanda borcu qaytara bilməyəcəyini bildirib. Bundan sonra pul sahibləri “Prokladka” ləqəbli “qanuni oğru”ya müraciət ediblər və onunla görüş təyin ediblər. Hikmət görüşə gedəndə məlum olub ki, “Prokladka” tək deyil. Onunla birgə 30-dək silahlı şəxs də Hikməti gözləyir.

60 yaşlı qadının mədəsi yerinə qaytarılıb

7 İyun 2017 14:48

Azərbaycanda “Laporoskopik Nissen üsulu ilə Fundoplikasiya” adlı maraqlı əməliyyat həyata keçirilib. Əməliyyat zamanı xəstə qadının diafraqma dəliyinə girən mədə ordan çıxarılaraq yerinə qaytarılıb.

İşdən azad edilən işçilər arasında niyə fərq qoyulur?

7 İyun 2017 14:40

Azərbaycanda işçilərin tutduğu vəzifədən azad edilməsi və ya ixtisarı ilə bağlı yeni qaydalar müəyyən edilib. Bu məqsədlə ölkə parlamenti Əmək Məcəlləsinə dəyişiklik edib. Dəyişikliyə əsasən ölkədə işçilər işdən çıxarılarkən onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək.

Ölkədə uşaq hüquqları hansı səviyyədə qorunur?

7 İyun 2017 14:34

Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar.  Və bu yanaşma  bir daha göstərir ki, Azərbaycanda uşaq  məsələlərinə dövlət  tərəfindən həmişə diqqət  yetirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Maraqlıdır, bəs, ölkədə uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik sahəsində vəziyyət necədir?

Riyaziyyat və Mexanika İnstitutunda seminar

7 İyun 2017 14:24

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastikiyyət nəzəriyyəsinin bir sərhəd məsələsinin həlli” mövzusunda məruzə edib. Məruzədə özlüelastikiyyət nəzəriyyəsinin daxilində topa qüvvə təsir edən sonsuz müstəvi haqqında qoyulmuş kvazistatik sərhəd məsələsinin dəqiq həllini təyin edən teorem isbat olunub.

İlan sancmasından necə qorunmaq olar?

7 İyun 2017 14:10

Cari ilin may-iyun aylarında havaların sərin keçməsinə baxmayaraq həşaratçalmaların sayının artması ilə müşahidə olunur. Vaxtilə regionlarda tez-tez müşahidə olunan ilan və əqrəb sancmaları artıq paytaxt Bakıda adi hal alıb.

“Pilot Layihə” çərçivəsində hansı çətinliklər meydana çıxıb?

7 İyun 2017 14:07

Hazırda  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Pilot Layihə” çərçivəsində azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin söküntüsü barədə qərarı müvəffəqiyyətlə həyata keçməkdədir.

Qənirə Paşayeva Türk Dünyası Onur Ödülünə layiq görülüb

7 İyun 2017 14:04

Millət vəkili Qənirə Paşayevaya İLESAM tərəfindən Türk Dünyası Onur Ödülü təqdim edilib. “Olaylar” xəbər verir ki, mükafat millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri  Q.Paşayevaya Azərbaycanda keçirilən və böyük şairimiz Məmməd Araza həsr olunan  VII Şairlər Günü çərçivəsində təqdim olunub.

Ramazanda sahura qalxmaq vacibdir?

7 İyun 2017 13:58

Artıq müqəddəs Ramazan ayının başlamasında 10 gündən çox keçib. Bir neçə ildir ki, Ramazan ayı yaz fəslinin sonu, yayın əvvəllərinə təsadüf etdiyindən bu ayın hökmünü yerinə yetirənlər sutkanın yarıdan çoxunu oruclu qalmalı olurlar. Digər tərəfdən iftar vaxtı ilə imsak, yəni sahur arası zaman çox qısa olduğundan bir çoxları sahura qalxmadan oruc tutmuş olurlar. Bəziləri sahura qalxmamaqda heç bir qüsur görmədiyi halda, ancaq imsaka qalxmağın savab olduğunu da söyləyənlər var. Bəs görəsən dini inanclı insanlar bu baədə nə düşünür? Ümumiyyətlə, müqəddəs kitabımızda, eləcə də hədislərdə sahura qalxmamağın günah və qüsur olduğu barədə hansısa fikirlər yer alıbmı? Yaxud bununla bağlı hansısa istisnalar varmı? Sözügedən məsələyə aydınlıq gətirmək üçün bu sahənin mütəxəssisləri ilə söhbətləşdik.

Sumqayıt sakini evində yandı

7 İyun 2017 13:37

Sumqayıt sakini evində yanıb ölüb. Daxili İşlər Nazirliyindən “Olaylar”a  verilən məlumata görə, iyunun 6-da saat 19 radələrində Sumqayıt şəhərinin Saray bağlar sahəsində Bakı şəhər sakini Rasim Rəsulova məxsus evdə elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib. Hadisədə mətbəxin 12 kvm. yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin tüstüdən boğulmuş meyiti tapılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

“Əmək pensiyaları haqqında” qanun yenidən dəyişdirilir

7 İyun 2017 13:33

“Əmək pensiyaları haqqında” qanununa dəyişiklik edilir. Məlumata görə,   qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması qaydaları) maddəsinə yeni məzmunda əlavə edilir. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək. Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi təsdiqləndi

7 İyun 2017 13:31

"Milli Məclisin növbədənkənar  iclası iyunun 13-də  keçiriləcək”. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. A.Təvəkküloğlu əlavə edib ki, parlamentin növbəti iclasının gündəliyinə 38 məsələ daxil edilib.