Sosial

Təhsil İdarəsi: 6 yaşı tamam olmayan 6 810 uşaq elektron qeydiyyatdan keçib

7 İyun 2017 18:08

Bakıda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə 6810 uşağın elektron müraciəti mektebeqebul.edu.az saytında qeydə alınıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, onlardan 2197 nəfəri müsabiqəyə cəlb olunacaq.

İyunun 17-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə buraxılış vərəqəsi verilir

7 İyun 2017 18:06

İyunun 17-də Bakı, Sumqayıt şəhərləri, Naxçıvan Muxtar Respublikası və Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələri, hərbi liseylər və tədris dili ingilis olan məktəblərin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

Məleykə Abbaszadə: “Mərkəzin əsas fəaliyyətlərindən biri dövlət qulluğuna qəbulu şəffaflıq əsasında aparmaqdır”

7 İyun 2017 18:05

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrində təhsil alan bakalavr və magistrlərin, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib. DİM-dən APA-ya verilən xəbərə görə tədbir Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli 44 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilib.

Azərbaycan banklarından birinə yeni BAŞ DİREKTOR təyin edildi

7 İyun 2017 17:51

Anar Bayramov "AFB Bank"ın yeni baş direktoru təyin edilib. A.Bayramov daha öncə "Yapi Kredi Bank Azerbaijan"da işləyib. Beləliklə hazırda "AFB Bank" baş direktorların sayı 3-ə çatıb: A.Bayramovdan başqa, Aynur Şirinova və Lalə Quliyeva.

17 min abituriyent 0-99 bal toplayıb - Qəbul imtahanlarının I mərhələsində

7 İyun 2017 17:24

Son 4 il ərzində Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edənlərin keyfiyyət göstəricisi yüksəlib.  Təhsil Nazirliyindən bildirib ki, 2014/2015-ci tədris ilində qəbul imtahanlarında iştirak edən 92 641 abituriyentin keyfiyyət göstəricisi 34,7% idisə, 2015/2016-cı tədris ilində 82 925 abituriyentin keyfiyyət göstəricisi 40%, 2016/2017-ci tədris ilində isə 78 545 abituriyentin keyfiyyət göstəricisi 43,9% olub. 2017/2018-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının birinci mərhələsində (30 aprel, 7 may) iştirak edən 64 420 abituriyentin keyfiyyət göstəricisi 48,9% təşkil edib.

Binəqdi İcra Hakimiyyəti Sakinlərin Müraciət Xidməti ilə bağlı hesabat açıqladı

7 İyun 2017 17:20

Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətində 2017-ci il may ayı üzrə 1967 zəng cavablandırılıb. “OLAYLAR”-ın xəbərinə görə, birbaşa cavablandırılan zənglərin sayı 1459,  yaradılan əks əlaqələrin sayı 666, günlük  orta zəng sayı 63, tərtib edilən şikayət vərəqələrinin sayı 508 olub. Şikayət xarakterli müraciətin 508-nin  icrası təmin edilib, o cümlədən 386-sı və ya 76 %-i tam həll olunub,  72-si və ya 14,2 %-i qismən həll edilib,  50-si və ya 9,8 %-nə müvafiq izahat verilərək həll edilib.

Hökumət və vətəndaş cəmiyyəti arasında dialoq siyasi plüralizmin bariz nümunəsidir

7 İyun 2017 17:15

Azərbaycanda demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması müstəqillik illərindən sonrakı dövrə təsadüf edir. Azərbaycan dövləti prioritet hesab etdiyi vətəndaş cəmiyyətinin formalaşması üçün yaradılan milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır.

İsveçrə Ali Təhsil Məktəbinin prezidenti BANM-də olub

7 İyun 2017 17:11

İsveçrənin Ali Təhsil Məktəbinin (Swiss School of Higher Education-SSHE) prezidenti Mariam Gamurziyeva, professor Nərminə Qarayeva və məktəbin Bakı üzrə koordinatoru Nərgiz Nadirova Bakı Ali Neft Məktəbində rektor Elmar Qasımovla görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətlər və yeni açılmış kampusu haqqında ətraflı məlumat verilib.

Parisdə Vaqif Səmədoğlunun kitabı təqdim olunub

7 İyun 2017 17:10

Fransanın paytaxtı Parisdə görkəmli mütəffəkir, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şerlər toplusu təqdim olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına rəğmən öz şeiri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın böyük rəğbətini qazandığını deyib. Səfir şairin məşhur “Doğuldum 1939-da, 1937-də tutuldum “ misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını qeyd edib.

Türkiyə arxivindən Azərbaycanla bağlı mühüm sənəd tapıldı

7 İyun 2017 16:50

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri dr. İsmayıl Ağayev uzun müddətdir araşdırmalar nəticəsində Türkiyə arxivindən Azərbaycan üçün əhəmiyyətli sənəd əldə edib.

Bibiheybətdə sakinlərlə görüş keçirilib

7 İyun 2017 16:48

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən «Əhali ilə aktiv gürüşlər aylığı» çərçivəsində rayon sakinləri ilə ilə görüşlər davam edir. Bu qəbildən növbəti görüş rayonun ən qədim qəsəbəsi olan Bibiheybət qəsəbə sakinləri ilə keçirilmişdir. Bu görüşün də əsas məqsədi  sakinlərə Azərbaycan Respublikasının Prezildenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiyilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər və ölkədə keçirilən beynəlxalq tədbir və idman yarışları haqqında, həmçinin bu işlər çərçivəsində Səbail rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təklif və arzuların həyata keçirilməsidir.

Bölgələrdə Bilik Fondunun mühazirələri davam edir

7 İyun 2017 16:46

Bilik Fondu müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətini ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrini davam etdirir. Fonddan “Olaylar” – a bildirilib ki, belə mühazirələrdən ikisi iyunun 7-də Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunub.

Yasamalda məcburi köçkünlərin yataqxanası yanır - İnsanlar təxliyə olunur - VİDEO 

7 İyun 2017 16:45

Yasamalda məcburi köçkün yataqxanasında baş verən güclü yanğın nəticəsində 6-7 nəfər sakin təxliyə olunub. Hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, onlar binanın 3-cü və 4-cü mərtəbələrindən çıxarılıb və təcili yardıma təhvil veriliblər.

Otağına gizli kamera yerləşdirib atasının onu necə zorladığını çəkdi

7 İyun 2017 16:42

Türkiyənin Kayseri şəhərində 6 aydır atasının təcavüzünə uğradığını iddia edən 22 yaşlı F.K. otağına qoyduğu gizli kamera görüntüləri ilə polisə gedərək şikayət edib. İrgənc olay bu ilin 21 mart tarixində baş verib. Nəzarətə götürülərək şərti həbs cəzası ilə sərbəst bıraxılan T.K. son məhkəmə prosesində həbs edilib.

Səhiyyə Nazirliyi: Yanğın baş verən binada 5 nəfər tüstüdən zəhərlənib

7 İyun 2017 16:22

Bakıda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğın nəticəsində 5 nəfər tüstüdən zəhərlənib. Səhiyyə Nazirliyindən  verilən xəbərə görə, onların hamısına hadisə yerində yardım göstərilib.  Hazırda 3 təcili yardım briqadası hadisə yerindədir və lazım olduğu təqdirdə, vətəndaşlara xidmət göstərir.