Yasamalda məcburi köçkünlərin yataqxanası yanır - İnsanlar təxliyə olunur - VİDEO
Yasamalda məcburi köçkün yataqxanasında baş verən güclü yanğın nəticəsində 6-7 nəfər sakin təxliyə olunub. Hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, onlar binanın 3-cü və 4-cü mərtəbələrindən çıxarılıb və təcili yardıma təhvil veriliblər.
7 İyun 2017 16:45 SosialYasamalda məcburi köçkün yataqxanasında baş verən güclü yanğın nəticəsində 6-7 nəfər sakin təxliyə olunub. Hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, onlar binanın 3-cü və 4-cü mərtəbələrindən çıxarılıb və təcili yardıma təhvil veriliblər.
Yasamal İcra Hakimiyyətindən verilən məlumata görə, icra hakimiyyəti başçısının müaviniXaliq Möhbalıyev və icra hakimiyyətinin qaçqınlarla iş üzrə sektor müdiri Bahadır Nurullayevhadisə yerinə gediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, məcburi köçkünlərin yataqxanasında baş verən yanğın zamanı 5 nəfər tüstüdən boğulub. Onlardan 4 nəfərə elə yerindəcə ilkin yardım göstərilib, 1 nəfər isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ona da tibbi yardım göstərildikdən sonra buraxılıb.
Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da Yasamalda yanan yataqxananın ərazisinə yollanıb. O, yanan binanın sakinlərinin şikayətlərini dinləyir. Lent.az
***
Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb. Yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edir. Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.
Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub. Lent.az