Sosial
Abituriyentlərin NƏZƏRİNƏ - 11 şəhərdə imtahan olacaq
"Maşın"da ŞOK HADİSƏ: Təranə Sərxana butulka atdı
Alimlər: Emosiyaların coşması orqanizmi taqətdən salır
Sən demə, ünsiyyət tələb edən peşələr, məsələn, həkimlik, müəllimlik, satıcılıq, dəlləklik, kassirlik müəyyən mənada təhlükəli, hətta sağlamlıq üçün ziyanlı peşələrdir. Belə peşələrin təhlükəli olması daim danışmaq və vəziyyətə uyğun hərəkət etmək zərurətinin yaratdığı sinir pozğunluğu ilə bağlıdır.
ABŞ alimləri: Xoşbəxt insanlar ətrafdakıları da xoşbəxt edirlər
Amerika alimlərinin gəldikləri qənaətə görə, ətrafı insana hətta çəki, sağlamlıq, zənginlik, sosial durum və uzunömürlülük kimi parametrlərdə təsir göstərir. Bu, indiyədək ən uzun sürən sosial tədqiqatın gəldiyi əsas nəticədir.
Hədsiz işgüzarlıq psixi problemlər yaradır...
Alimlər aydınlaşdırıblar ki, ifrat işgüzarlıqdan daha çox rəhbər işçilər, biznesmenlər, həkimlər, hüquqşünaslar, müəllimlər, yaradıcı peşələrin nümayəndələri əziyyət çəkirlər. Müasir işgüzar insanı qayda-qanuna rəğbət, məsuliyyət hissi, inadkarlıq və səbirli olmaq kimi məziyyətlər fərqləndirir. Əslində, burada xoşagəlməz heç nə olmasa da, durmadan artan səhv etmək qorxusu, istirahət etməyi, rahatlanmağı bacarmamaq hissi son nəticədə ağır stressə, qan təzyiqinin yüksəlməsinə, çəkinin artmasına, alkoqollu içkilərə və nikotinə aludə olmağa gətirib çıxarır.
Maraqlı iddia: Albalı şirəsi yuxugətiricidir
Nyu-Yorkdakı Roçester Universitetinin alimləri zərərsiz yuxugətirici vasitə kimi albalı şirəsindən istifadə etməyi məsləhət görürlər. Mütəxəssislər təcrübədə iştirak edən könüllüləri iki dəstəyə bölüb, birincisinə albalı şirəsi, digərinə isə başqa meyvələrin şirəsini veriblər. Onlar səhər və axşam bir stəkan şirə içiblər. Ekspermientin nəticələri göstərib ki, şəkər qatılmamış albalı şirəsi içənlər yoldaşlarına nisbətən 17 dəqiqə çox yatıblar.
Bunu bilirdiniz?- Pişik səadət bəxş edir
Pişiklərin qeyri-adi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədim Misirdə pişiyə Ay ilahəsi, o cümlədən məhəbbət, sevinc, məhsuldarlıq və analıq ilahəsi olan Bastın təcəssümü kimi sitayiş edirdilər. İnanclara görə, pişiyi incitmək olmaz, çünki etdiyin pislik mütləq qarşına çıxacaqdır. Təsadüfən pişiyi öldürmüş bir misirlinin ölüm cəzasına məhkum edilməsi barədə tarixi fakt mövcuddur. İlahənin qəzəbindən, gələcək nəsillərin bu qəzəbin qurbanı olacağından ehtiyat edən ən yaxın qohumları belə ondan üz döndərmişdilər.
Azərbaycanlı alimlər beynəlxalq simpoziumda
AMEA Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehdiyeva, institutun Təhsil şəbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov və doktorant Nigar Mürsəl qızı Kyu Kral Botanika Bağının London şəhərində təşkil etdiyi “Dünyada bitkilərin vəziyyəti” adlı beynəlxalq simpoziumda iştirak ediblər.
Azərbaycanlı rektor İsveçrədə Fəxri professor oldu
İsveçrənin Montro Biznes Məktəbinin Elmi Şurasının qərarı ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev həmin universitetin Fəxri Professoru adına layiq görülüb. Universitetdən “Olaylar” – a bildirilib ki, eyni zamanda Əhməd Vəliyev İsveçrənin Montro Biznes Məktəbinin Xüsusi Komitəsinin Daimi üzvü seçilərək, həmin ali məktəbdə qərarların qəbul edilməsində iştirak etmək hüququ qazanıb.
Fizika İnstitutunda magistrlarla görüş
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 2015-2016-cı il tədris ilində qəbul olunmuş magistrlərin dissertasiya işlərinin müdafiəsi olub. Professor, fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyevin rəhbərlik etdiyi Müdafiə Şurasına fizika-riyaziyyat elmləri doktoru Abasət İsayev, fizika-riyaziyyat elmləri doktoru Baxşəli Quliyev, fizika üzrə elmlər doktoru İlham Soltanov, fizika üzrə fəlsəfə doktorları Fərhad Xəlil-zadə, Bəhram Mehdiyev daxil idilər.
Zeynal Əkbərov Hollandiyada
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Niderland Krallığında kənd təsərrüfatı bitkilərinin tədqiqi, seleksiyası və toxumçuluğu üzrə ölkənin ən tanınmış tədqiqat və istehsal müəssisəsi olan Rijk Zvaan şirkətinin dəvəti ilə 4 günlük səfərdə olub.
Təhsil haqlarının ödənilməsi yalnız nağdsız həyata keçiriləcək
Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilir. Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir. Qanunun 38-ci (Təhsil müəssisəsinin maliyyələşdirilməsi) maddəsinə təklif olunan dəyişikliyə əsasən “təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək”. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.
Ali məktəbə qəbul ola bilməyən gənclər üçün ödənişli hazırlıq qrupları yaradılacaq
Milli Məclisin Elm və təhsil komitəsində “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihə ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.
Müəllimlərin iş yerinin eyni rayon və şəhər daxilində yerdəyişməsi başa çatıb
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi başa çatıb. Təhsil Nazirliyindən verilən məlumata görə, mayın 26-dan başlayan yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə aparılıb.














