Bölgələrdə Bilik Fondunun mühazirələri davam edir

Bilik Fondu müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətini ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrini davam etdirir. Fonddan “Olaylar” – a bildirilib ki, belə mühazirələrdən ikisi iyunun 7-də Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunub.

Bilik Fondu müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətini ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrini davam etdirir.

Fonddan "Olaylar" - a bildirilib ki, belə mühazirələrdən ikisi iyunun 7-də Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunub.

Abşeron rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı ölkə ərazisində keçirilən silsilə mühazirələrin əhəmiyyətindən və gələcəkdə də bu yönümlü tədbirlərin təşkilindən danışıb, sözü Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədova verib. Professor E.Əhmədov tədbirdə iştirak edən Abşeron rayon ictimaiyyətinin nümayəndələri qarşısında "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzusunda mühazirə ilə çıxış edib.

Abşeron rayonu Masazır qəsəbə 4 nömrəli tam orta məktəbdə isə toplantını Bilik Fondunun yerli nümayəndəsi Teyyubə Hüseynova açaraq Fondun dövlətçilik və milli maraqların təbliği istiqamətində həyata keçirilən layihələri barədə danışıb. Sonra AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəna Mirzəzadənin "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu" mövzusunda mühazirəsi dinlənilib.

Naftalan Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə yerli İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilovun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xudiyevin mühazirələri təşkil olunub.

Səbail rayonu 51 nömrəli tam orta məktəbdə rayon sakinləri, ərazidəki idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətləri nümayəndələrinin

iştirak etdikləri tədbirdə "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu" mövzusunda mühazirə deyib.

İnteraktiv formada keçən mühazirələrdə yerli ictimaiyyətin nümayəndələri çıxış edərək, onları maraqlandıran aktual məsələlərə toxunub, gələcəkdə Fond tərəfindən təşkil olunacaq tədbirlərin mövzuları ətrafında fikir mübadiləsi aparıb, eyni zamanda, ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31