Sosial

Mətbəxdəki yemək qoxusundan qurtulun – SADƏ ÜSUL

8 İyun 2017 18:56

Evdar xanımların daha çox vaxt keçirdiyi yer mətbəxdir. Mətbəxdə hazırlanan hər yeməyin də qoxusu ətrafa yayılır. Xüsusilə yemək bişirdikdən sonra otağa hopan qoxu bir müddət sonra insanı narahat edir, ürək bulandırır. Bu qoxuları yox etmək üçün fərqli spreylər istifadə edilir. Ancaq bu spreylərin əvəzinə qoxular əleyhinə möhtəşəm bir təklifimiz var.

Xəstəxanadaxili infeksiyalarla mübarizədə Avropa standartları

8 İyun 2017 18:37

Müasir klinikalar, tibb ocaqlarında xəstələrin şəfa tapması üçün hər cür şərait var.  Lakin bura müalicə mərkəzi olmaqla yanaşı, həm də müxtəlif xəstələr tərəfindən gətirilən infeksiyalar düşə bilər. Bu baxımdan, xəstəxanaların dezinfeksiyası üçün ciddi və etibarlı metodlardan istifadə olunması böyük önəm daşıyır.

Şəki sahibkarları üçüm yeni imkan

8 İyun 2017 18:22

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: iri fermer, bağçılıq (fındıq, qoz, şabalıd), cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı), quru tütün saxlanılması üçün anbar, tütün emalı, süd emalı müəssisəsi və otelin yaradılması. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər. .

Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının rəsmiləri ilə görüşüb

8 İyun 2017 18:08

Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səfər çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş Direktorunun müavini, Avropa və Orta Asiya üzrə regional direktor Haynz Koller və BƏT-in Məşğulluq siyasəti şöbəsinin direktoru Azita Berar Avadla görüşlər görüşlər keçirib.

Tarixçilər Quba məzarlığı haqda sərəncamı böyük rəğbətlə qarşıladılar

8 İyun 2017 17:53

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın Quba məzarlığının son durumunun müzakirəsinə həsr olunmuş iclası keçirilib. İclasda Prezident İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam barədə institut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov tarixçi-alimlərə ətraflı məlumat verib: “Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncam tarixçi-alimlər arasında böyük rəğbətlə qarşılanıb. Quba məzarlığı ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutudur”.

YAP Masallı rayon təşkilatının IX konfransı

8 İyun 2017 17:54

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi davam edir. Növbəti belə tədbir dünən partiyanın Masallı rayon təşkilatında keçirilib. Konfrans iştirakçıları əvvəlcə YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Xəstəxanaya yerləşdirilən azərbaycanlı deputatdan XƏBƏR VAR - YENİLƏNİB

8 İyun 2017 17:19

Millət vəkili Hüseynbala Mirələmov insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanadan verilən xəbərə görə, hazırda deputatın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabildir. 

Vaqif Əsədovdan qüvvəyə minməyən işarələrlə bağlı sürücülərə MÜRACİƏT

8 İyun 2017 17:16

DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülərə müraciət edib. Polkovnik bildirib ki, paytaxtda qüvvəyə minməyən işarələr var. Onun sözlərinə görə, həmin işarələr yerə sərilib: "Yerə sərilən işarələr nə vaxt dikələcəksə, onda da qüvvəyə minəcək. Ola bilsin həmin ərazilərdə yaxın müddətdə tikinti olacaq. Hazırda həmin işarələr heç kimə mane olmayacaq bir yerdə yerə sərilib. İşarə üzərində olan lövhəcikdə yazılan tarixdən qüvvəyə minəcək".

Bilik Fondu Qubada və Bərdədə maarifləndirici mühazirələr təşkil edib

8 İyun 2017 17:01

Bilik Fondu əhalinin ideoloji, sosial və elmi maarifləndirilməsi işinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrini davam etdirir.

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

8 İyun 2017 16:49

İyunun 14-ü I sinfə qəbulun ilk mərhələsi yekunlaşır. 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu üzrə onlayn qeydiyyatdan keçmiş valideynlər övladının sənədlərini məktəbə təqdim etməlidirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, I sinfə qəbul prosesində elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 14-nə kimi məktəbə təqdim olunmadığı halda həmin ərizə üçün verilmiş sorğu sistemdən silinəcək. Valideynlərdən xahiş olunur ki, iyunun 14-nə kimi sənədlərini məktəbə təqdim etsinlər.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək

8 İyun 2017 16:40

İyunun 10-da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, köçürülmə ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyi ərazidə hərəkətin təhlükəsizliyi baxımından önəmli olan vacib tədbirlərin icrasını həyata keçirib. Nəqliyyat Mübadilə Mərkəzinin perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat löhvələri qoyulub. Həmçinin dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib.

Göygöldə sahibkarlara güzəştli kredit verilib

8 İyun 2017 16:32

İyunun 8-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin maarifləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində növbəti işgüzar forumunu Göygöl rayonunun Xəqani kəndində keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Forumda sahibkarlarla Göygöl rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd və meyvə emalı və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

“Azərbaycan qəzetində parlament hesabatları və şərhlər” adlı kitabının III cildinin təqdimatı

8 İyun 2017 16:32

İyunun 8 – də BMM  - də Bakı Dövlət Universitetinin professoru, görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı kitabının III cildinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlər silsiləsindəndi. Tədbirdə Milli Məclisin deputatları, yazıçılar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tarixi Muzeyinin 2016-cı il nəşrlərinin təqdimatı

8 İyun 2017 16:26

Tarixi Muzeyində Muzeyin 2016-cı il nəşrlərinin təqdimat mərasimi keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb ü.f.d. Leyla İmanova, tarixçi alimlər, muzeyşünaslar, Muzey əməkdaşları, mədəniyyət xadimləri, tələbələr, kitabsevərlər və media işçiləri iştirak ediblər.

Ölkədə bütün demokratik prinsiplər, eləcə də fikir, söz və məlumat azadlığı təmin edilir

8 İyun 2017 16:14

Azərbaycan müstəqillik əldə etdikdən sonra əsas diqqət yetirdiyi məsələlərdən biri də ölkədə demokratiyanı inkişaf etdirmək, onun başlıca prinsiplərini yüksək səviyyədə təmin etmək oldu. Düzdür, müüstəqilliyin ilk illərində bu addımları atmaq o qədər də asan məsələ deyildi. Bunun isə bir neçə səbəbi vardı. Birincisi, Azərbaycan yenicə müstəqillik əldə etmişdi.