Sosial
Ölkədə bütün demokratik prinsiplər, eləcə də fikir, söz və məlumat azadlığı təmin edilir
Azərbaycan müstəqillik əldə etdikdən sonra əsas diqqət yetirdiyi məsələlərdən biri də ölkədə demokratiyanı inkişaf etdirmək, onun başlıca prinsiplərini yüksək səviyyədə təmin etmək oldu. Düzdür, müüstəqilliyin ilk illərində bu addımları atmaq o qədər də asan məsələ deyildi. Bunun isə bir neçə səbəbi vardı. Birincisi, Azərbaycan yenicə müstəqillik əldə etmişdi.
Naxçıvanda “Heydər Əliyev kuboku-2017” keçiriləcək
İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start veriləcək. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcək. “OLAYLAR”-ın GİN-in mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, iyunun 14-də başa çatacaq turnirdə 100-ə yaxın boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq. Qeyd edək ki, 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar
Gürcüstandakı zəlzələ Azərbaycanda evləri çatlatdı
İyunun 7-də axşam saatlarında Gürcüstanda baş vermiş güclü zəlzələ Azərbaycanın Gürcüstanla sərhəd rayonlarına da təsirsiz ötüşməyib. Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev açıqlamasında bildirib ki, zəlzələ rayon ərazisində ciddi hiss olunub: "Hadisə nəticəsində rayon mərkəzində və kəndlərdə evlərdə çatlar əmələ gəlib. Hazırda hadisə ilə bağlı yaradılmış komissiya yerlərdə mənzillərə və obyektlərə baxış keçirir. Hələlik evlərdə dağıntıların olub-olmaması barədə dəqiq məlumat yoxdur. Araşdırmalardan sonra fəsadlar barədə dəqiq məlumat bilinəcək".
Uşaq hüquqları üzrə fərqlənən şagirdlərə sertifikatlar verilib
2016-2017-ci tədris ilində Bakı şəhərinin hər bir rayonu və Qax, Zaqatala, Göygöl, Daşkəsən, Siyəzən, Qusar, Neftçala və Astara rayonları üzrə hər birində bir məktəb olmaqla, ümumilikdə 20 məktəbdə həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına yekun vurulub.
Temperatur 35 dərəcəyə yüksələcək
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək.
Gəncədə 3 otaqlı ev yanıb
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 131 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qadınların şəxsi inkişafı üzrə təlimləri başa çatıb
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, peşə təhsilini inkişaf etdirmək, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlər həyata keçirir.Azərbaycanda bu təlimlər Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir və bu il bir sıra ödənişsiz təlimlərin keçirilməsinə start verilib.
Hazırlıq qrupları yenidən bərpa olunur
“Təhsil haqqında” qanunda dəyişikliklər ediləcək. “Olaylar” xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, artıq qanun lahihəsi sözügedən komitədə müzakirə edilib: “Müzakirəyə çıxarılan sənəd ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur.
Azərbaycan və Əfqanıstan arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir. Səfər çərçivəsində S.Müslümov Əfqanıstan İslam Respublikasının əmək və sosial məsələlər üzrə naziri Faizullah Zaki İbrahimi ilə görüşüb.
Azərbaycanda oyunlarla bağlı “Bizim Game Zone” adlı veriliş yaradılıb- VİDEO
Azərbaycanlı həvəskar gənclər YouTube şəbəkəsi üzərindən “Bizim Game Zone” adlı maraqlı bir veriliş layihəsi həyata keçiriblər. Verilişin mahiyyəti isə video oyunlar haqqında insanları marifləndirmək və məlumat verməkdir. Veriliş qısa müddət ərzində Azərbaycanlı oyunsevərlər və oyun həvəskarları arasında marağa səbəb olub.
ETSN: Quba “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsində aşınma gedir
“Biz Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə bu ilin aprel ayında müəyyən geoloji işlər aparmışdıq. Hazırda orada aşınma prosesləri gedir”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Qafqaz Müsəlmanları İdarəsi Kərbəla, Nəcəf və Məşhədə ziyarətlər təşkil edir
Qafqaz Müsəlmanları İdarəsi(QMİ) Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edir. QMİ-dən verilən məlumata görə, ziyarətlər peşəkar dini bələdçilərin müşayiəti ilə həyata keçirilir. Ziyarətçilərə nəqliyyat vasitəsi olaraq avtobus və ya təyyarə seçmək imkanı verilir.
Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın tolerantlıq mühiti, xüsusilə Ramazan ənənələri barədə sənədli film çəkmək məqsədi ilə ölkəmizdə səfərdə olan Pakistanın “A-plus” telekanalının prodüseri Madiha Macidi qəbul edib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrinə sahib olduğunu deyən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, multikulturalizm və tolerantlığın Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət siyasətinə çevrildiyini bildirib.
30 hakim həm də sədr vəzifəsini icra edəcək
Azərbaycanın bəzi rayon (şəhər) məhkəmələrində hakimlərin həm də məhkəmənin sədri olması təklif edilir. “Olaylar” report-a istinadən xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" dəyişiklik olunur. Qanunun 22-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Qanuna edilən əlavə əsasən isə rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur. Layihəyə əsasən, ölkə ərazisində 30-dan çox rayon məhkəmələri mövcuddur ki, həmin məhkəmələr bir hakimdən ibarətdir.
Məhkəmə-Hüquq Şurası Ali kateqoriya dövlət orqanları siyahısına əlavə edilir
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Ali kateqoriya dövlət orqanları sıyahısına əlavə edilir. Məlumatına görə,banunla bağlı “Dövlət qulluğu haqqında” qanunun 8-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) dəyişiklik nəzərdə tutulub.Belə ki, qanunun 8.1.1 əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitutsiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikası qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı- Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Azərbaycan Respublikası Milli Məclisi, Ali konstitutsiya ədalət mühakiməsi səlahiyyətlərinin həyata keçirən Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icrasına aid edilən ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi, məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası (Ali kateqoriya dövlət orqanları ) sıyahısına əlavə edilir.













