Sosial
Natiq Əliyev vəfat etdi
Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib. İstanbulun "Florence Nightingale" klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.
Azərbaycanda dəhşətli qətl-kişi arvadını və iki oğlunu öldürdü
Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.“Olaylar” “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin ərazisində baş verib. Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürərək qətlə yetirib. Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir. Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər.
Balaxanı yolunda hərəkət məhdudlaşdırılır
Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qismən məhdudlaşma 2 gün ərzində qüvvədə olacaq.
Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir
19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, əvvəllər torpaq örtükülü olan yolda payız-qış aylarında avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanırdı. Yolun yenindən tikilməsi ilə mövcud problemlər həllini tapmış olacaq.
Millət vəkilindən sərinkeş təklifi
“İyun ayının istisində dərsə getməyə məcbur olan məktəblilərin və müəllimlərin hər birinə sərinkeş olmayan otaqlarda tərdən qurtulmaq üçün ödənişsiz əsaslarla kitayski yelpik verilməlidir”. Bunu deyən millət vəkili Fazil Musatafanın sözlərinə görə, bir dənə də böyük Avropa və ya Amerika yelpiyi lazımdır təhsilimizi tərdən qorumaq üçün: “ İllərdir təhsilimizdə BİLGİnın hələ də tərdən önə keçmədyini görürük. Sentyabrın 1-i ənənə olaraq Azərbaycanda BİLİK GÜNÜ günü kimi yadda qalıb, ancaq təhsilin məqsədi BİLİK olmadığına görə dərslərə BİLİKdən 15 gün adlayaraq başlayırıq. İctimai nəqliyyat keyfiyyətli, əlçatan, alternativli və təhlükəsiz olmadığına görə uşaqları ilə birlikdə hər gün məktəbə əziyyətlə iki dəfə gedib qayıdan, yaxud da pulsuz adlanan təhsil üçün uşaqları məktəbə aparıb-gətirməyə xüsusi maşın tutaraq cibindən vəsait ödəyən, sonra da daha keyfiyyətli imtahan hazırlığı üçün cibindən repititorlara pul dağıdan qəhrəman valideynlərə də mənəvi kislarod çatışmazlığı üçün gündə 300 qram süd kompensasiyası verilməlidir”.
Nazir vətəndaşları qəbul edəcək
İyunun 9 – d Səhiyyə naziri Oqtay Şirəliyev Qusar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirlikdən “Olaylar” – a bildirilib ki, nazir Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Faiq Quliyev media nümayəndələri ilə görüşdü
3 saylı Şəhər Klinik Xəstəxanasında Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev media nümayəndələri ilə görüş keçirib. Görüşdə qeyd edilib ki, ölkədə səhiyyənin digər istiqamətlərində olduğu kimi kardiologiya sahəsində də əhaliyə təqdim edilən müayinə və müalicə xidmətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə tədbirlər həyata keçirilir. Nazirlikdən “Olaylar” - a bildirilir ki, tədbirdə ürək-damar xəstəliklərinin profilaktikası sahəsində ciddi tədbirlər görüldüyü, hazırda kardio-vaskulyar xəstəliklərin diaqnostikası və müalicəsi üçün ölkədə hər bir şəraitin olduğu vurğulandı.
Nazirlikdən arıçılara müraciət
Yaz fəslinin gəlişi ilə ölkənin arıçılıq təsərrüfatlarında bal arılarının (Apis mellifera L.) yetişdirilməsi, çoxaldılması, arıçılıq məhsullarının istehsalı və emalı üzrə fəaliyyət aktivləşir. Bununla əlaqədar vətəndaşlar tərəfindən arı ailələrinin yaşadığı qutuların meşə ərazilərində yerləşdirilməsi ilə bağlı çoxsaylı müraciətlər edilir. Arıçılığın ənənəvi kənd təsərrüfatı sahəsi olmasını, arıçılıq fəaliyyətinin entomofil bitkilərin tozlandırılmasında əvəzsiz əhəmiyyətini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi arıçı fermerlərə müraciət edərək bildirir ki, Nazirliyin istifadəsində olan bütün növ kateqoriyalı meşə ilə örtülü ərazilərə arı ailələrinin heç bir ödəniş olunmadan, müvafiq qaydada qeydiyyatdan keçmək yolu ilə yerləşdirilməsinə icazə verilir.
Qəbələdə şok mənzərə — 250 qoyunu ildırım vurdu – VİDEO
Günəş yanıqlarını necə sağaltmalı?
Dərinin qızarması, qaşınması, yanğı hissi, qabıqvermə, baş ağrıları və ürəkbulanma əsasən gün yanıqlarının əmələ gətirdiyi əlamətlərdir. İnsanlar bu əlamətlərə günəş şüaları qəbul etdikdən sonra tutulurlar. Günəş altında qalmaq və gün şüası qəbul etməkdən hamının xoşu gəlir. Normal miqdarda və yuxarıdakı əlamətləri əmələ gətirməyəcək qədər günəş şüaları altında qalmaq orqanizm üçün faydalı sayılır. Amma həddindən artıq dəriyə təsir edən günəş şüalarının dəri xərçənginə səbəb olduğunu da unutmaq olmaz. Günəş yanıqlarına bəzən solyari qəbul edən zamanlarda da rast gəlmək mümkün olur. Çünki solyarı də dəriyə ultrabənövşəyi şüalarla təsir edir.
Subaylar oxusun! Gənc yaşda evlənməyin FAYDALARI
Doğru insanla münasibətiniz varsa, erkən yaşda evlənmək sizə xoşbəxtlik gətirə bilər. Bəziləri gənc yaşda evlənməyə yaxşı baxmır, çünki sərbəstliyi əldən gedər deyə ehtiyat edir və ən əsası ailə məsuliyyəti gözlərini qorxuzur. Ancaq gənc yaşda evlənməyin də yaxşı tərəfləri varmış.
Gil maskaları dərini təravətləndirir
Dənizin dərin qatlarından çıxarılan boz kosmetik gil nəmləndirici və tonuslandırıcı keyfiyyətə malikdir. Əsasən çox quru dərisi olanlar ondan istifadə edirlər. Dəriyə və orqanizmə dərin detoksiyaedici təsir göstərir. Tərkibində mineral duzlar və mikroelementlər olan mavi kosmetik gildən adətən yağlı üz dərisi olan xanımlar istifadə edirlər. Mavi gil sızanaq və çivzələrin əmələ gəlməsinin qarşısını alır, dəridəki yaraların sağalmasını sürətləndirir, üz dərisinin təmizlənməsi və rənginin yaxşılaşması üçün əvəzsiz vasitə sayılır. Dərini cavanlaşdırır, ona elastiklik və möhkəmlik verdiyi üçün ondan mimik qırışların hamarlanmasında istifadə edilir, mavi gil həm də çil və piqment ləkələrini açır.
İngilis alimləri: Qadın 31 yaşında daha cazibədar olur
Britaniya alimləri hesab edirlər ki, qadın 31 yaşında cazibədarlığının zirvəsinə çatır. Bu yaşda qadın həm təbii gözəlliyə, həm özünə inam hissinə, həm üslub duyğusuna malik olur. Bu isə artıq yetkin qadınları yeniyetmə qızlardan fərqləndirir.
Sahurda və iftarda yediyimiz hansı yeməklərə diqqət etməliyik?
Ramazan ayı boyunca sahurda və iftarda yediyimiz yeməklərə diqqət etməliyik. Sahur zamanı süd, pendir, yağ kimi yeməklərə üstünlük verilməlidir. Şorba, tərəvəz və zeytun yağlı yeməklərdən də istifadə etmək olar. Çalışmaq lazımdır ki, kəpəkli çörəkdən istifadə edək. Sahur vaxtı plov, paxlalı şeylər yemək insan mədəsinə çox ziyandır. İnsanın gün ərzində tez acmasına səbəb ola bilər. Çox yağlı və duzlu yeməklərdən uzaq durulmalıdır. İftarda çalışmaq lazımdır bir dəfəyə yediyimiz yeməkləri 3-4 dəfəyə yeyək.
Diqqət: Yaxşı qidalanmaq üçün bu 10 tərəvəzdən istifadə etmək vacibdir!
Balanslı şəkildə qidalandığınızdan əmin olmaq üçün qabınızın yarsını tərəvəzlə doldurun. Lif və antioksidanlarla zəngin, kaloridən qıt tərəvəzlərə həyatınıza (və qabınıza) daha çox yer açmalısınız.














