Sosial
Jurnalistlər pulsiz müayinə olunacaqlar
Bakıda media nümayəndələrin üçün 22 iyul – Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış ” adlı aksiya keçiriləcək. “Olaylar” xəbər verir ki, aksiya iyulun 21-də keçiriləcək. Həmin gün media təmsilçiləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xidmətlərindən yararlana, gözlərini müayinə etdirə biləcəklər . Gözlərini müayinə etdirmək istəyən media nümayəndələri iyulun 21-də səhər saat 9.00-dan 16.00-dək mərkəzə müraciət edə bilərlər.
Xalq qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş turnir keçirilib
Bakı şəhəri Balaxanı İdman Kompleksində, Azərbaycan Alpaqut Federasiyası və Laçın rayonu Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri xalq qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş açıq turnir həyata keçirilib. Federasiyadan “OLAYLAR”-a bildirilib ki, Alpaqut Federasiyasının prezidenti Aqil Acalov tədbirdə çıxış edərək bildirib ki, federasiya bir daha öz ənənəsinə sadiq qalaraq, idmançılar arasında vətənpərvərlik ruhunun təbliğatı çərçivəsində uğurlu tədbirlərini davam etdirir və hazırkı turnirin də keçirilməsində əsas məqsəd, 1905-1906-cı illərdə Qarabağ bölgəsində, xüsusilə Laçın və Şuşada ermənlərin azərbaycanlılara qarşı törətmək istədikləri vəhşi cinayətlərinin qarşısını alan Azərbaycan xalq qəhrəmanı Soltan bəy Soltanovun əziz xatirəsini yad etməkdən ibarət olub.
Silahlı Qüvvələrdə Şah İsmayıl Xətainin 530 illiyi qeyd edilir
Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyi Silahlı Qüvvələrdə də geniş qeyd edilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Gəncə qarnizonundakı hərbi hissələrdən birində keçirilən "Ulu şahım, qılıncına söykənim!" adlı vətənpərvərlik tədbiri başlamazdan öncə qonaqlar və şəxsi heyət Gəncə Qarnizonu Zabitlər Evinin təşkil etdiyi Azərbaycan tarixində mövcud olan dövlətlərin bayraqlarından ibarət sərgi ilə tanış olublar. Sərgidə Səfəvilər, Qaraqoyunlular, Ağqoyunlular, Eldənizlər, Cəlairlər dövlətlərinin, İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Gəncə, Şəki xanlıqlarının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan SSR-in bayraqları nümayiş etdirilib, hər bir bayrağın rəngi və simvolları barədə ətraflı məlumat verilib.
DİN: “İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan şəxs əvvəllər də məhkum olunub”
Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan şəxslə bağlı məlumat yayıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E. Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.
Daha 196 əmlak hərraca çıxarılacaq
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 avqust tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. Bildirilir ki, bunlardan 75-i kiçik dövlət müəssisə və obyekti, 101-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kənd-kimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Sabirabad Mexanikləşdirmə“, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat “, “Bərdə Kəndkimya”, “Ucar Tikinti”, “Kürdəmir Aqrotexservis” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Nəzərə çatdırılır ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Toy mədəniyyətinə tam yeni baxışa ehtiyac var
Son illər ən çox yazılan, müzakirə predmetinə çevrilən məsələlərdən biri də xeyir-şər məclislərində israfçılığın qarşısının alınması ilə bağlıdır. Baxmayaraq ki, bu məqsədlə müvafiq dövlət qurumları paytaxt və bölgələrdə silsilə xarakterli maarifləndirmə tədbirləri keçirir, insanları xeyir-şər məclisləri zamanı israfçılığa yol verməməyə çağırırlar, lakin hələ də qeyd edilən mənfi hallara rast gəlmək mümkündür.
İçərisində xəstə olan təcili tibbi yardım maşını yanıb
Bakıda təcili tibbi yardım maşını yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Qızmar hava davam edəcək
İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37°, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-45 % olacaq.
Sensasion açıqlama: “"Dədə Qorqud" filminin nümayişi dayandırılmalı...”
"Dədə Qorqud" filminin nümayişi dayandırılmalı və yenisi çəkilməlidir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə Araz Aslanlı çıxış edib. O, bildirib ki, filmdə bir neçə məqam problemlidir: “Film Bayındır xanın biyabırçı yanaşmasıyla başlayır: "Oğlu olanı ağ çadırda, qızı olanı qızıl çadırda, övladı olmayanı isə qara çadırda" oturdun: "Oğlun-qızın yoxdur, səni tanrı qarğıyıb, biz də qarğarıq" anlayışı nə deməkdir. Belə məlum olur ki, düşmənçiliyi xan salır, günah isə qalır Aruzun üstündə.
Paytaxtda ölümlə nəticələnən yol qəzası
17.07.2017 tarixində səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib.
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi yekunlaşır
Binəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşmaq üzrədir, yol boyu son tamamlanma işləri görülür. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, avtomobil yolunun mövcud eni isə 7-9 metr arası dəyişirdi.
Şəkidə iyrənc cinayət: Ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR
Azərbaycanlı müğənni DƏHŞƏTLİ QƏZA KEÇİRDİ - YENİLƏNDİ
Müğənni Şəbnəm Əsədova bu gecə Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya uğrayıb. Qəflətən qarşısına çıxan “VAZ 2107” markalı avtomobillə toqquşan “Mercedes Viano” markalı avtomobildə müğənnidən əlavə prodüseri və sürücüsü olub. Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən sürücü və prodüserin vəziyyəti orta, müğənninin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Bu il 133 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işi başlanıb
“2017-ci ilin birinci yarım ili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşların 3656 müraciətinə baxılıb. 125 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 75-i üzrə cinayət işi başlanıb, 50 material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.
"Benzinin bahalaşması reallıqdan doğan bir addımdır"
"Aİ-92 markalı benzinin qiymətinin artırılmasının əsas səbəbində xarici amillər dayanır. Belə ki, dünya maliyyə-iqtisadi böhranı nəticəsində bir sıra ölkələrin, o cümlədən Azərbaycanın milli valyutası dəyərdən düşdü və dolların məzənnəsi qalxdı.














