Sosial

Övladına terrorçunun adını vermək istəyən azərbaycanlı

25 İyul 2017 14:42

Övladın dünyaya gəlməsi insan həyatında bəlkə də ən xoşbəxt məqamdır. Bu məqamdan sonra valideynlər əsasən həmin övladın xoşbəxtliyi üçün yaşamağa başlayırlar. Lakin bəziləri, əksinə, anadan olandan uşağın həyatını çətinləşdirəcək addımlar atırlar. Söhbət uşaqlara qoyulan qəribə adlardan gedir.

O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı

25 İyul 2017 14:33

Son günlər Müdafiə Nazirliyinin adından bir çox istifadəçilərin mobil telefonlarına xəbərdaredici mesajlar gəlir. “Qafqazinfo” xəbər verir ki, həmin mesajlarda qeyd olunur ki, telefon danışıqları və sosial şəbəkələrdə müzakirələr zamanı hərbi xidmət məsələləri müzakirə edilməsin. 

Şahin Mustafayev: Ölkə iqtisadiyyatına 5 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb

25 İyul 2017 14:13

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı  İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Ali məktəbələrə II və III qruplar üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı məlum olub

25 İyul 2017 13:42

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin II və III ixtisas qruplarına Azərbaycan və rus bölmələri, habelə hər iki bölmənin birgə müsabiqəsi üzrə qəbul planı və dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı məlum olub.

Almaniyalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda

25 İyul 2017 13:34

Azərbaycanda səfərdə olan Almaniyanın Kristian Albreht adına Kil Universitetinin Tarixəqədərki arxeologiya bölməsinin rəhbəri, professor Yohan Müllerin başçılıq etdiyi nümayəndə heyəti AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda olub. Akademiyadan “Olaylar” – a bildirilib ki, qonaqlar institutun İçərişəhərdə yerləşən Arxeologiya Muzeyinə baş çəkib, burada sərgilənən unikal arxeoloji eksponatlarla tanış olublar. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov qonaqlara Azərbaycandakı arxeoloji tədqiqatların tarixi və müasir durumu, aparılan qazıntılar, institutun beynəlxalq əməkdaşlıq sahəsindəki təcrübəsi barədə məlumat verib.

Baş Prokurorluqdan valideyinlərə xəbərdarlıq

25 İyul 2017 13:35

Son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı uşaqların nəzarətsiz qalmaları nəticəsində yaşadıqları mənzilin eyvan və pəncərələrindən yıxılaraq ölməsi hadisələri artıb.

Kürü zəhərləyirlər

25 İyul 2017 13:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib. Nazirlikdən “Olaylar” - a verilən məlumata görə, iyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 31.9 m3/san azalaraq 92.1 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5.1,Ağstafaçayda 4.6, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

“ASAN xidmət”in internet səhifəsində yenilik

25 İyul 2017 13:32

"ASAN xidmət”in tam yenilənmiş korporativ saytı vətəndaşların istifadəsinə verilib.Yeni saytın əsas səhifəsi 8 bölmədən ibarətdir. “ASAN” xidmətdən “Olaylar” – a bildirilib ki, vətəndaşlar saytın “ASAN xidmətlər”, “ASAN Kommunal”, “Səyyar ASAN xidmət” bölmələrinə daxil olaraq, göstərilən xidmətlər barədə ətraflı məlumat ala bilərlər. “Onlayn növbə” bölməsinin köməyi ilə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən qabaqcadan müvafiq xidmət üçün növbəyə yazılmaq mümkündür. “ASAN könüllülük” məktəbinin fəaliyyəti ilə yaxından tanış olmaq və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat əldə etmək üçün yenilənmiş saytda könüllülərin “ASAN School” təcrübə məktəbinə interaktiv keçid yerləşdirilib.

ABUC layihənin icrasına başladı

25 İyul 2017 13:24

İyulun 25-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aprel döyüşlərinin  qəhrəmanlıq  nümunələrinin təbliği”  layihəsi çərçivəsində ilk tədbirini keçirib.

Ailənin üzünə ağ olmayın

25 İyul 2017 13:02

Mən utanıram. vallahi də, billahi də... Biz niyə beləyik?. Ay insanlar, bilirsinizmi ki, mənim də evə ehtiyacım var, özü də çox... Amma kimi isə haqlı-haqsız ev almaqda suçlamıram, hiddətlənmirəm. Acığımı kimə isə tökmürəm. Ev alanları hər bəhanə ilə aşağılamıram. Niyə, bilirsinizmi? Hər şeydən əvvəl, ona görə ki, mən ailə tərbiyəsi görmüşəm. Ailə başçısıyam. Həyat yoldaşım 33 yaşında dünyasını dəyişəndən 4 övladı təkbaşına böyütmüşəm, tərbiyə vermişəm, Vətənə, Dövlətə sədaqət aşılamışam, böyüyə hörmət ruhunda böyütmüşəm.

Sabahın havası

25 İyul 2017 12:51

İyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü

25 İyul 2017 12:49

"Krasnoyarskdakı dəhşətli yanğında 5 ailə üzvünü itirən, özü isə ağır xəsarət alan İlyasov Hüseyn Vüqar oğlu yerli Uşaq Xəstəxanasının yanıq şöbəsindədir. Ağır dərəcəli yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən İlyasın həyatı uğrunda həkimlər əllərindən gələni əsirgəmirlər. Hüseynin səhhəti ilə bağlı durumu Krasnoyarsk diyarının qubernatoru Viktor Tolokonski şəxsi nəzarətinə götürüb".

Azərbaycanda 19 məktəbli qız abort etdirib - Dəhşətli statistika AÇIQLANDI

25 İyul 2017 12:47

Ötən il Azərbaycanda 34 569 qadın abort elətdirib. Dövlət Statistika Komitəsindən azvision.az-a verilən məlumata görə, bunlardan 20323 nəfəri 15-29 yaş arasında olan qadınlardır. Ötən il ölkədə 15-17 yaş arası 19 qadın, 18-19 yaş arası 1 242 qadın, 20-24 yaş arası 7 773 qadın, 25-29 yaş arası 11 289 qadın aborta gedib. 

Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların ADLARI

25 İyul 2017 12:44

İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Dissidentlər də dövlətdən ev alırdılar…

25 İyul 2017 12:13

Mənzil bölgüsü mərəkəsində adı ən çox hallandırılan 3 jurnalistdən biriyəm. Dostlar deyir, fikir vermə, baş qoşma. Deyirəm, elə olmaz, səslənən hər bir irad, qınaq, tənə, məzəmmət, ittiham öz cavabını almalıdır. Yox, hansısa fikrə cavabımız olmayacaqsa, cavab verə bilməyəcəyiksə, o fikirlərin həqiqət kimi qəbuledilməsi, ictimai rəydə oturması real olacaq.